Page 154 - Sela
P. 154
İLO XOSE SELA

– Hә, elә deyirlәr.
Çelo Domingesin aşpazlıq qabiliyyәti var – donuz әtini
yaxşı qızardır, kürәk әtindәn üç-dörd tikә kәsib, kömürün
üstündә qızardır, qarını әla bişirir, donuzun yox, dananın,
mәtbәx onun üçün hәr şeydi.
Georginanın ikinci әri, çolaq Monço Preqisasın Mәrakeşdә
xidmәt elәyәn kuzeni dә ölüb.
– Tәlәsmәk lazımdı, indi heç kimim yoxdu, bu xәlvәtdә
hәmişә kişi çatışmır, qadın isә iki dәfә, lap üç dәfә dә dul
qalsa, yenә tәk olmamalıdı.
Monço Preqisas Georginanın anası, öz xalası Mikaela
barәsindә şәfqәtlә danışır:
– Balaca vaxtı hәmişә mәnә mehribanlıq göstәrib, hәr
axşam mәni әylәndirirdi; әvvәllәr ailәdә bir-birinә bağlılıq
var idi.
Adela vә Georgina bacıdılar, ancaq onlarda yalnız
çaxıra, tütünә vә yatağa meyil ümumidi.
– Elә bunun üçün yaşamaq lazımdı!
– Arvad, razılaş ki, biz bu dünyaya toxum olmaq üçün
gәlmәmişik!
Senyorita Ramona qramofonda “Çiçәk”, “Arrabal
melodiyası”, “Dağın dibindә” tanqolarını oxudanda Adela
vә Georginanın çox xoşuna gәlirdi.
– Kaş, kişi olaydım, tanqo oynaya-oynaya qadınları
әllәşdirәydim!
– İlahi, bunun könlündәn keçәnlәrә bax!
Adela vә Georgina keçәn il senyorita Ramona vә
Roziklerlә rәqs elәmişdilәr.
– Bluzanı çıxarmaq olar?
– Nә istәyirsәn elә.
Xalam, Kasandulfovlar olan Raymundonun anası
Madriddә yaşayır, kәndin adını belә tutmaq istәmir.
– Qohumların da?
– Hә, hәtta qohumlarım da.

154
   149   150   151   152   153   154   155   156   157   158   159