Page 157 - Sela
P. 157
İki ölü üçün mazurka

royalda da yaxşıdı, patefonda da. Palisandrdan qayrılmış,
dillәri fil sümüyündәn düzәldilmiş balaca piano senyorita
Ramonaya zövqlә çalan, hәtta öz tәrzi olan anasından
miras qalıb. Keçәn qış ikilikdә rәqs elәmәkdәn yorulanda
senyorita bir axşam tibb bacısı Roziklerә deyib:

– Meymunla әdәbsizlik elәmә, sәnin xoşuna gәlir, ancaq
axırı yaxşı olmaz, heyvan vәrәmdi.

– Yazıq İeremiya.
Senyorita Ramonanın “Kramer, Beal vә K” firmasından
olan pianosu iki gümüş şamdanla bәzәdilib. Əvvәllәr
dolanışıq indikindәn yaxşı idi.
– Tutaq ki, ancaq adamlar daha tez ölürdülәr.
– İnanmıram.
Robin Lebosan Roziklerә, adәtәn, şokolad gәtirir.
– Ye ki, döşlәrin sallanmasın, döşlәri dik saxlamaq hәr
şeydәn çәtindi.
– Sus, yaramaz!
Robin Lebosan bizim kuzinamız senyorita Ramonaya
şeir kitabı gәtirir. Rosaliya “Saranın sahilindә”ni yazanda
La Matansedә, o biri çayın – Ulyanın yaxınlığında, qәrb
vağzalı tәrәfdә yaşayırdı. “Sara sahilindә” ispan, “Yeni
şeirlәr” isә qalisiya dilindә yazılıb. Hәr iki kitab gözәldi.
“Sara sahilindә”, demәk olar, ölümündәn qabaq çap olunub
– Rosaliya çox ömür sürmәyib, heç әlli yaşı olmazdı. Robin
Lebosana görә Rosaliya kitablarda yazıldığı kimi Santyaqoda
yox, Padronda anadan olub, keşişin yoldan çıxardığı anasının
dәrdini yüngüllәşdirmәk üçün körpәni oradan gәtiriblәr;
onun sonralar ölkәnin böyük şairi olacağını bilsәydilәr,
yәqin, bir parça uşağı belә şәraitdә ora-bura aparmazdılar
– heç sağ qalmaya da bilәrdi.
– Gicbәsәrliyә bax!
– Hirslәnmә, әzizim, onda başqa zamanlar idi!

157
   152   153   154   155   156   157   158   159   160   161   162