Page 152 - Sela
P. 152
İLO XOSE SELA
İki ayağı da olmayan Markos Albitenin yeşiyi şarmankaya
oxşayır, bircә musiqisi çatışmır.
Bu gün onu tәzәdәn rәnglәmәk istәyirәm, ulduzu, az
qala, silinib, ancaq mismarları hәlә nәyәsә yarayar; ağlım
çaşanda mәnim üçün fәrqi yox idi, indi – var, indi istәyirәm,
Allahın hökmüylә hәr şey yaxşı getsin. Yaşıl rәng yaxşıdı,
gözә xoş gәlir, ancaq solanda görkәmi olmur.
Markos Albiteyә yeşikdә rahatdı, bir az cansıxıcıdı, axı
belә şey istәnilәn adamı bezdirәr, ancaq buna şükür, bundan
da pisi olur.
– Müqәddәs Kamilonu alışıb-yanan karalyolu düzәltmәk
istәyirәm.
Baqaneyralı Polikarponu o vaxt Brinidelodan xәrәkdә
aparmalı oldular, әlinin ağrısından rahatlana bilmirdi, ayğır
barmaqlarını qapmışdı, qızdırma vermişdi.
– Qızdırması çoxuydu?
– Xeyli varıydı.
Ordakı Marvislәrin anası Roza Louresos onu getmәyә
qoymadı: o, mәnim oğullarımın qan qohumudu, evimdә
heç kimә mane olmur, dağda vәziyyәti pislәşә bilәr. Heç
olmasa, iki gün onu burada qoymalısınız.
– Yaxşı.
Bizimkilәr, yәni Quxindeslәr Brinideloda, Puxedoda vә
Selada qaldılar, Marvislәr, hәmçinin Polikarpo öz
qardaşlarının evinә düşdülәr, Adeqanın әri Sidran Seqade
vә gözlәri kor olmağa başlayan Qaudensio dәrisoyan,
qaçaqmalçı, üstәlik, çәpgöz olan Urban Randinin anbarında
yatdılar.
– Onun gözünә baxma, Sidran, çәpgözlüyü sәni çaşdırar.
Don Breqimo çarpayını bir pesetә verәn kor Pepino
Rekiasın evindә yerlәşdi, Robin Lebosan vә mәn isә
qohumlarım Venseaslara baş çәkmәk üçün Selaya getdik.
– İkiniz dә burada qalın, ev böyükdü, bizimlә hәmsöhbәt
olun.
152