Page 148 - Sela
P. 148
İLO XOSE SELA
– Ay qız, heç utanmırsan?
– Yox.
Roziklerin atasını vәtәndaş müharibәsindә Orenseyә
göndәrmişdilәr, onu adam öldürmәkdә mәşhur olan vәkil
don Xesus Mansanedo qәtlә yetirdi, ancaq mәsәlә ondadı
ki, qızını Rozikler adlandırmaq heç kimin ağlına gәlmәzdi,
su çanağı suda sınar; qızlara bakirәlәrin, ya müqәddәslәrin
adını vermәk lazımdı, daha Rozikler, Avrora (bu yenә
gedәr), Atmosfera, Venera kimi adları yox – axmaqlıqdı!
Roziklerin atası bankda kassir idi, binәva öz axmaqlığının
qurbanı oldu.
Mavr xaincәsinә Lasaro Kodesalı öldürәndә dağ uçdu,
hәmin nәhs gündәn heç kim onu görmür, mәnim üçünsә o
dağı sanki yüz mil o yana, Sanabriya gedәn yoldakı Kanda
ilә Padornela yolayrıcına aparıblar. Lasaro Kodesalın Çosko
Xaçında qabağını kәsәn o kişi mәsafәni ölçmәyibmiş –
İlahi, o öz axmaqlığına görә yaxşıca payını alıb! Buynuz
çıxaran kişi gәrәk ehtiyatlı, dinc olsun, Allahdan qorxsun,
buynuzu lәyaqәtlә daşımaq asan deyil.
– Mәn öz yolumla gedirәm, kәnara çәkil, dava axtarma.
Ancaq o çәkilmәyib vә aydın mәsәlәdi ki, evә döyülmüş,
biabırçı gündә, ağzı-burnu partlamış vәziyyәtdә qayıdıb.
Monço Preqisas Lasaro Kodesalla Mәrakeş müharibәsindә
olub, ancaq sağ qayıdıb, axsasa da, qoltuqağacıyla da olsa,
sağ qayıdıb.
– Bilmirәm, ayağım necә oldu, yәqin, atıblar. Fikrimcә,
adamın ayağını kәsәndә, xatirә kimi qalması üçün onu
yaxşıca duzlayıb, özünә qaytarmalıdırlar.
Monço Preqisasın onları Qırmızı dәnizdәn keçirәndә
iki mәktub aparan dişi vә erkәk quşu öldü; xesusito kurado –
yuxulu vә zәrif quşcuğazdı, yalnız sevgi mәktubları
aparmağa yarayır, yaşadığı adadan çıxaranda isә qüssәdәn
vә katardan ölür.
148