Page 144 - Sela
P. 144
İLO XOSE SELA

güclüydü, çox güclüydü. Tanis ayğırın başına yumruqla
vurub onu yerә yıxa bilirdi. Lәqәbi Kreqo (Keşiş) olan
qardaşı Roke sizә mәlum olan bir şeyi camaata göstәrmәklә
çörәk pulunu çıxarırdı. Kor Qaudensio isә hәlә kor deyildi,
seminariyada oxuyurdu, Markos Albitenin ayaqlarını
kәsmәmişdilәr, dәlixanaya düşmәmişdi, Adeqanı dul qoyan
yaraşıqlı Sidran Seqade hәlә ölmәmişdi, gәnc kişiydi.

Böyük Qamuso – Afuto çağırılan Baldomero bizә başçılıq
elәyirdi, döymәsi görünsün deyә yarıçılpaqdı: qadın – tale,
ilan – iradә demәkdi, bu, aydındı, ilan qadına dolanmışdı,
yәni iradә taleyi himayә edir vә insan hәyatda qalib gәlir.

– Hamı yığılıb?
– Necә yәni hamı?
Mouçonu, Karrupolar ailәsindәn Fabiana Mingelani
bura buraxmadılar; Karrupoların hamısının alnında donuz
dәrisi var. Belәsi kibrit yandırmağa yarayar, yoxsa gedә-
gedә ata sıçramaq, atla dağa-daşa dırmaşmaq onluq deyil.
Üstәlik, Karrupolar gәlmәdi, onları dәyәnәklә qovmurlarsa,
böyük işdi. Əgәr sarsaq nәsil yetişdirirlәrsә, qoy yetişdirsinlәr,
dünya fırlanır, son söz hәlә deyilmәyib. Nacinsin üçüncü
әlamәti – qansız sifәtdi. Ölülәrinki kimi. Ya Fabiana
Mingelanın sifәti kimi.
– Hamımız bilirik ki, Xuresә üç günlük yoldu, üç gün
heç kimi әldәn salmır.
Antela gölünün dibindә, suların altında qalmış, әsrlәrlә
öz murdar günahlarını yuyan Antakya şәhәri yatır. Ağa öz
çobanı ilә cinsi әlaqәyә girmәmәlidi, bu, Tanrı qarşısında
günahdı, hәlә bundan sonra onu qayışla boğub da; canavar
da keçiyә qalxmamalıdı, qadın da başqa çılpaq, hamilә, ya
cüzamlı qadını çiçәklәrlә bәzәmәmәlidi. Antakyanın ölülәri
İohann gecәsindә kilsә zәnglәrini çalıb bağışlanmalarını
dilәyirlәr, ancaq onlar heç vaxt bağışlanmayacaqlar, çünki
әbәdi mәhkum olunublar. Antela gölünü keçәn yaddaşını

144
   139   140   141   142   143   144   145   146   147   148   149