Page 140 - Sela
P. 140
İLO XOSE SELA

– Ay don Seferino, siz necә dә xoşuma gәlirsiniz! Di tez
elә, tez elә... Ay, ay!

Benisya böyük-kiçik yeri bilәndi, don Seferinoya heç
vaxt “sәn” deyә müraciәt elәmir.

– O yana çәkilin, sizi yuyum. Çox şey bilirsiniz, don
Seferino. Gün-gündәn dә cavanlaşırsınız!

– Yox, qızım...
Don Seferino onluğu1 alanda – yaxşı, indi onluq yoxdu, –
prixod ona nәsә: bir-iki toyuq, yumurta, çoriso, bir torba
alma, yaxşı balıq ovu olubsa, bir neçә dәnә dә balıq verәndә,
hәmişә bir hissәsini Benisyaya gәtirir.
– Hamımıza yemәk lazımdı, xәsisliyә görә Allah
cәzalandırır, bu, hәqiqәtәn, bağışlanmaz günahdı. Bundan
başqa, İspaniyada olan hәr şey ispaniyalılar üçündü.
Benisya çox minnәtdardı.
– İstәyirsiniz, döşümü korsajdan çıxarım?
– Yox, sonra.
Mavrın xaincәsinә öldürdüyü Lasaro Kodesalın silahdaşı,
tәkayaqlı Monço Preqisas hәmişә tәşәxxüslә danışırdı:
– Əvvәllәr ailәdә böyük hörmәt, bir-birinә qarşı diqqәt,
düzlük varıydı. Yaxşı tanıdığınız kuzinam Georgina birinci
әrini san-dieqo çiçәyinin, ya da xaquarsonun cövhәriylә
öldürüb, ancaq hәr şәnbә mәdәsini olivilya ilә – diqqәtli
olun, bu heç dә zeytun deyil – yuduğu ikinci әrini itaәtdә
saxlayır. Zәhmәt olmasa, protezimi verin, orada, küncdәdi,
bir az tütün götürmәk istәyirәm. Sağ olun. Kuzinam,
Georginanın bacısı Adela, ömrü boyu vәhşi sәdәfotunun
toxumunu çeynәyib, o buralarda olmur, mәn çox illәr
qabaq bir bağlama gәtirmişәm, indi kuzinam onu dibçәkdә
yetişdirir, ombunun yarpağı boş kisәyә, ya xaya torbasına
oxşayır, onda çox sirlәr gizlәnib. Bu bacıların anası, xalam

1 Onluq – xristianlıqda gəlirdən dini icmanın xeyrinə on faiz ianə vermək nəzərdə
tutulur.

140
   135   136   137   138   139   140   141   142   143   144   145