Page 137 - Sela
P. 137
İki ölü üçün mazurka

San-Migel de Businyos kilsәsinin keşişi don Merexildo
naftalin qoxusu verәn vә qәhvәli likördәn içib keflәnәn
qoca qulluqçusuyla yaşayır.

– Dolores.
– Eşidirәm, don Merexildo.
– Çörәk kiflәnib, onu özün ye.
– Yaxşı, senyor.
Çox illәr әvvәl Doloresin әlindәn çiban çıxdı, ola bilsin,
pis xassәli şişdi. Hәkim xәstәnin ağırlaşacağından qorxub,
әlini kәsmәk üçün onu xәstәxanaya göndәrmişdi vә әlbәttә,
әlini kәsmişdilәr.
– Bir әllә dә hәr şeyin öhdәsindәn gәlmәk olar, özünüz
bilirsiniz ki, adamlar işlәmәyә öyrәşmәyiblәr.
San-Migel de Businyos kilsәsinin keşişi öküz boydadı,
dalı ilә şir kimi tozanaq qoparır. O deyir:
– Dolores, Allah necә istәyibsә, bizi o cür yaradıb, ona
görә riyakarlıq, incә-mincә danışıq, әzilib-büzülmәk nәyә
lazım, belә şeylәr daha çox aktyorlara, mızmızı adamlara
yaraşır.
– Hә, senyor, daha çox onlara yaraşır.
San-Migel de Businyos keşişi yemәyi, doyunca yatmağı
xoşlayır.
San-Migel de Businyos kilsәsinin keşişi başqa şeyi dә
xoşlayır, ancaq bu haqda danışmağa dәymәz. İnsanın
zәifliklәri çoxdu, kim günahsızdısa, daşı birinci qoy o atsın.
– Bizim ölkәdә nәyimiz olmasa da, heç nәdәn utanıb
çәkinmәyәn boşboğazlarımız çoxdu.
– Hә, senyor, hәm küfr danışırlar, hәm sarsaqlayırlar,
hәm dә yalandan şәhadәt verirlәr.
Deyilәnә görә, San-Migel de Businyos kilsәsinin keşişi
don Merexildonun on beş qeyri-qanuni oğlu var.
– Əgәr arvadlar ona rahatlıq vermirsә, buna kim gü-
nahkardı?

137
   132   133   134   135   136   137   138   139   140   141   142