Page 142 - Sela
P. 142
İLO XOSE SELA

dişlәmişdi, iflic olan ayaqları başlamışdı çürümәyә, axırda
kәsmişdilәr. Markos Albitenin sifәti hәyatdan öz dәrd-kә-
dәr payını artıqlamasıyla almış adamın sifәtidi. Quyunun
dibindәn çıxırmış kimi zәif, boğuq sәsi var.

– Qulaq asın, mәn doqquz ildi dәliyәm, doqquz ildә
yaddaşımı, ağlımı, iradәmi, üstәlik, azadlığımı itirmişәm.
Bu doqquz ildә növbәylә anam, arvadım vә oğlum ölüb,
sonra ayaqlarımı kәsiblәr. Anam özünü çardaqda asıb,
arvadımın üstündәn yük maşını keçib, oğlum difteritdәn
ölüb, pul olsa, bәlkә dә, onu xilas elәyәrdilәr... Heç nә başa
düşmürәm, dәlilәrә heç nә izah etmәk lazım deyil. Kifayәtdi
ki, onlar dәlidilәr...

Markos Albiteyә “Tac” fabrikinin altı dәnә siqarını
gәtirdim.

– Çox yaxşı әtri var, görәcәksәn, onu çәkmәk dә xoşdu.
– Çox sağ ol, hәyatımda aldığım әn gözәl hәdiyyәdi.
Markos Albite ağacdan çox mәharәtlә Mәryәm ananın,
müqәddәslәrin heykәlciklәrini yonub düzәldir.
– İstәyirsiniz, sizin üçün müqәddәs Kamilonu yonub
düzәldim?
– Olar.
– Görәn, müqәddәs Kamilo saqqallıdı?
– Doğrusunu deyim, bilmirәm.
Böyük pәhriz vaxtı Parroçanın fahişәxanasında müştәri
az olur. Qaudensio pәhriz zamanı akkordeon çalmır.
– Allahın adını tutmaq nә olan şeydi ki, bu, mәnim
üçün heç dә çәtin deyil, yeri gәlmişkәn, ona asi olmağıma
bir sәbәb dә yoxdu.
Orensada Böyük pәhriz vaxtı soyuq olur, hәrdәn hәtta
qar yağır. Anunsiasyon Sabadelyenin sәsi Qaudensionun
xoşuna gәlir, çox melodikdi, xoşuna gәlir onun bәrk
döşlәrinә, oynaq sağrılarına toxunsun. Tanrı vergisidi!
– Qaudensio, әgәr gecәni qalan olmasa, mәni gözlә, bu
gün gәlәcәyәm.

142
   137   138   139   140   141   142   143   144   145   146   147