Page 146 - Sela
P. 146
İLO XOSE SELA

– Qabağını kәs!
– Aşağı qov!
– Ehtiyatlı ol, başını döndәrәr!
Qurbağaları әhlilәşdirәn Polikarpo ehtiyatı әldәn verdi,
ayğır başını qәfil döndәrib onun әlini qapdı; iki barmağı
qaldı. Palikarpo yaranı dәsmalla bәrk-bәrk sıxıb bağladı:
bir anın içindә hәr şeyi itirmәk olar, günәş isә heç nә
olmamış kimi öz yolu ilә gedirdi. Polikarpo geri qalıb,
Brinideloya qayıtdı; orada Marvislәrin anası onun yarasını
adi üsulla müalicә elәdi: yarpaq, tәzә qısırquyruğu, qadın
sidiyi, hörümçәk toru, torpaq vә şәkәr – hamısını da gәrәk
it yaxşı-yaxşı yalamış ola.
İlxını ağıla qovub salanda, sakitlәşәnә qәdәr bir-iki gün
sulamasan yaxşıdı. Sonra qarnında balası olan madyanları
ayırırlar, yenicә doğanların isә ciftini qoparırlar, zәiflәrini
vә qüsurlularını seçib canavara yem elәyirlәr (indi
sallaqxanaya yollayırlar), qalanlarını isә yıxıb damğalayırlar.
Üç-dörd qüvvәtli kişi – Afuto Qamuso, qardaşı Tanis,
Sidran, Adeqanın әri vә Mavrislәrin kiçiyi Kamilo fikirlәrini
başqa yerә vermәyәndә işin öhdәsindәn asanca gәlirlәr.
Don Breqim Faraminyas mamırlı daşın üstündә oturub
banço çalırdı. Qaudensio heyrәtlә, qibtәylә dostlarının
sıçrayışlarına, fәndlәrinә baxırdı, ayğırların ayğırı Monço
Preqisas isә әla növ taxta ayağıyla atları qovurdu. Roke
Qamuso (Kreqo), Markos Albite, Sequndo vә Evaristo
Marvislәr vә mәn әtrafa baxıb ocağa çırpı ata-ata tuluqdan
çaxır içәrәk damğalamaq vaxtını gözlәyirdik.
– Bәs Polikarpo?
– Yarasına görә Brinideloya getmişdi.
Necә gәldi damğalayırdıq, başlıcası – tez qurtarmaqdı.
Hәr atın yalından bir girvәnkә, bir girvәnkәyә yaxın kәsilir;
dәstә kimi bağlanmış tәmiz uzun yal dana dәrisindәn heç
dә az qiymәtә getmir.
Bütün mal-qara kimi dayçalara da közәrmiş dәmirlә
Brinidelolu Marvislәrin damğası – anaları Roza Louresosun

146
   141   142   143   144   145   146   147   148   149   150   151