Page 149 - Sela
P. 149
İki ölü üçün mazurka

Yerә-göyә aman vermәdәn artıq iki yüz gecә-gündüzdür
ki, yağır; Xeyxodakı yel ağrısından әziyyәt çәkәn, deyilәnә
görә, hәyatından bezmiş qoca tülkü öz yuvasının ağzında
halsız-halsız öskürür. Qәdimdәkilәr kimi arfada çala
bilsәydim – indi arfa yoxdu, – gecәlәr çalardım, ancaq
bacarmıram. Don Breqimo Faraminyas kimi banço çalmağı
bacarsaydım, vaxtımı onunla öldürәrdim, hәmişә kara
gәlәn şeydi, ancaq bacarmıram. Qaita çalmağı bacarıram,
ancaq qaitanı çöldә, palıd ağacının altında çalmaq yaxşıdı;
oğlanlar bәrkdәn danışırlar, qızlar nәfәslәrini qısıb gecәnin
öz lәzzәtli vә üzücü müәmmalarıyla nә vaxt gәlәcәyini
gözlәyirlәr. Arfa, banço çalmağı bacarmıram, qaita isә evdә
çalmağa yaramır, axşamları yataqda kiminlә olsa,
mazaqlaşmaqla keçirirәm, hәrdәn tәk qalanda, ikiqat olub
özümünküylә sevişmәk istәyirәm, ancaq alınmır, yәqin,
heç kimdә alınmır, soruşmaq lazımdı. Benisya çox şuxdu,
heç vaxt yorulmur, bu da adamı hәyәcanlandırır. Benisya
meyvәlәri әla qızardır, döşünün gilәlәri dә elә bil şabalıddı,
onu çılpaq döşlәriylә tavanın üstünә әyildiyini görmәk
xoşdu.

– Benisya.
– Hә.
– Mәnә qәzet, bir stәkan da çaxır ver.
– Bu saat.
Antela gölünün qurbağaları Qalisiya, Leon, Avstriya,
Portuqaliya vә Kastiliyadakı qurbağalardan çox qәdimdilәr –
tarixdә bu cür mәşhur qurbağalar yalnız Provansda Bar vә
Tuluror çaylarında, Macarıstanın Balaton gölündә,
İrlandiyanın Voterford şәhәrindәki Tippereri bataqlığında
qalıb. Tanrımız İsa göyәrçinlә Mәryәm anadan, su zanbağıyla
bakirә libasdan әmәlә gәlib. Antela gölünün Liorta adlı
qurbağasından doqquz ailә әmәlә gәlib, hamısı qohumdu:
Marvislәr, Sela, Seqade, Faraminyas, Albite, Beyra,

149
   144   145   146   147   148   149   150   151   152   153   154