Page 150 - Sela
P. 150
İLO XOSE SELA

Portomorisko, Rekeyxo vә Lebosanlar; bütün nәslin lәqәbi
isә – Quxindesdi, hamı bir candı vә birlikdә qüvvәtlidirlәr.

Çılpaq Benisyanın çaxır süzdüyünә baxanda adamın
ruhu dincәlir, göydәn isә torpağa, әzab çәkmiş, üzgün vә
narahat qәlblәrә yağış yağır.

– Çaxırı sinәndәn süz.
– Hәvәsim yoxdu.
Biz Quxindeslәr ziyarәt vaxtı dava-dalaş salmağı –
burada pis nә var? – hәyәtlәrdә, yeri gәlәndә, hәtta
qәbiristanlıqda qucaqlaşaraq rәqs elәmәyi sevirik. Mәn nә
skripka, nә qarmon, nә arfa, nә banço çala bilirәm, ancaq
qaita çalıram, onu da alababat. Qaudensio Parroçanın
yemәkxanasında akkordeonda vals, pasodobl, müştәrilәri
әylәndirmәk üçün hәrdәn tanqo çalır; bircә “Körpә
Marianna” mazurkasını çalmaq istәmir, onu yalnız 1936-cı
ildә Afuto, 1940-cı ildә Karrupolar ailәsindәn Fabian Mingela
(Mouço) üçün çalıb. Daha heç vaxt.
– Müştәrilәr razı qalmışdılar?
– Mәncә, hә. Qaudensio hәmişә üzüyola idi. Benisyanın
anası, onun bacısı Adeqa da akkordeon çalır, onunku
polkadı: “Fanfineetta”, “Mәnim sevgim” vә “Paris, Paris”.
– Ərimi öldürәn o gorbagor sağәmәlli adam olmamışdı,
gördüyünüz kimi, axırı da belә qurtardı. Ərimi öldürәn
gorbagor Quxindeslәrdәn deyildi, – müqәddәs hәvari mәni
bağışlasın! – o, yad idi, avaraların qeydinә qalmağımızın
әvәzi budur; leşin atası dilәnәndә, yaxşıca kötәklәmәk lazım
idi ki, onu yedizdirәnlәrin qanı axmasın; vaxt keçdikcә çox
şey unudulur, ancaq mәn unutmamışam, hәr kәsin öz
qismәti var! Çox danışıram, belәdә xatırlamaq asandı. Don
Kamilo, siz Quxindeslәrdәnsiniz, Quxindeslәrdәn olmaq
yaxşıdı, mәrhum әrim dә onlardandı, ona görә dә başına
bu iş gәldi. Ancaq kişi ölәndәn sonra da kişidi, biz arvadlar
isә qalırıq ki, görәk vә gördüklәrimizi oğullarımıza danışaq.
Sizdәn başqa, hamının bildiyi bir şeyi danışmaq istәyirәm,

150
   145   146   147   148   149   150   151   152   153   154   155