Page 143 - Sela
P. 143
i ölü üçün mazurka
Anunsiasyon Sabadelye Lalindә anadan olub, dünyanı
görmәk üçün evdәn qaçıb, ancaq çox uzağa gedә bilmәyib;
indi qayıtmağa qorxur, çünki atası sifәtini qana boyayacaq.
Anunsiasyon çox mülayim, çox xeyirxahdı. Mәtbәxdәn
çıxanda ondan soruşurlar:
– Hara gedirsәn?
– Qaudensioya tәskinlik vermәk istәyirәm, yazıqdı, dü-
nәn üzündәn mәyusluq tökülürdü...
– Get, sәni axtarsalar, xәbәr verәrәm.
Yaxşıca yuyunmuş Qaudensio döşәyin üstündә oturub,
görmәdiyi şam işığında tәnbәki çәkә-çәkә gözlәyirdi.
Ehtiraslı, az qala, әr-arvad nәvazişlәrini qurtarandan sonra
hәmişә minnәtdarlıq elәyir:
– Çox sağ ol, Anunsiya, Allah sәnә әvәzini verәr.
Sәhәr altının yarısında Qaudensio Mersedes kilsәsinә
messeyә gedir. Mәrhәmәtli dostu evdә qalmağa üstünlük
verir.
– Yox, Qaudensio, özün get, üşüyürәm. Sәn qayıdanda,
burada olacağam. Çox lәngimә, yeriyәndә ehtiyatlı ol...
“Çoxdan, hәlә Respublika1 vaxtlarında, Afuto iki polisi
tәrksilah etmәmişdәn bir az qabaq, böyük Qamusoların
üçü vә biz, onların dostları vә qohumları, Portuqaliya
sәrhәddindә, Limanın arxasındakı Xuresa dağlarında atla
gәzib dolaşdıq. İstәyirdik havamızı dәyişәk, ayaqlarımızın
üyüşüyünü açaq, hәmçinin falçılıqla, bir az da qaçaqmalçılıqla
dolanan qohumlarımız Marvislәrә kömәk elәyәk.
Nәticәdә vәhşi heyvanlara tәlim verәn hәmin baqaneyralı
Polikarpo üç barmağını itirdi: bir anın uğursuzluğu hәr
şeyi alt-üst edә bilәr, ancaq dünyada bundan da betәri
olur. Monço Preqisas taxta ayaqlarla gәzirdi, hesab elәyirdi
ki, әgәr ağac möhkәmdisә vә yaxşı düzәldilibsә, heç hiss
elәmirsәn. Bir adı da Perelyo olan Tanis Qamuso o vaxt da
1 Söhbət 1931-ci ildəki İspaniya Respublikasından gedir.
143