Page 139 - Sela
P. 139
İki ölü üçün mazurka
hәmişә yorğun, süst görkәmi olan baqaneyralı Doroteya
Eksposito ilә evlәnmişdi, onların vur-tut bir, axırıncı uşağı
Polikarpo sağ qalmışdı, qalan on biri ölmüşdü: ya uşağı
salmışdı, ya da yarımçıq doğulmuşdu.
– Kim axı mәnә demişdi, atılmış uşağı özünә arvad
elә? – don Beninyo şikayәtlәnirdi.
– Bu iş sadәlövhlüyüm vә axmaqlığım ucbatından
başıma gәldi. Bu arvad heç kimin heç vaxt tanımayacağı
anası kimi fahişәdi. Elә şeylәr var ki, kәdәrlәnmәmәk üçün
onu heç bilmәmәk yaxşıdı.
Don Beninyo yapondan qısqancdı, özü dә heç bir sәbәb
olmadan qısqanırdı – bir dәfә dә olsun onun şübhәsi
tәsdiqini tapmamışdı; zavallı Doroteya, Polikarpo doğulan-
dan don Beninyo onu otağa salıb ağzını bağlamışdı, on iki
il yalnız çörәk vә su vermişdi, o vaxta qәdәr ki, dözmәyib
venasını şüşәylә kәsәrәk intihar etmişdi! Dәhşәtә bax! Belә
dә şey olar! Doroteyanın yemәyini, suyunu keçmiş seminariya
tәlәbәsi, pәltәk, çopur Luisinyo Boselo (Parrulyo1) verirdi;
don Beninyo onu xidmәtә götürüb vәzifәsini başa salandan
sonra, pis fikrә düşmәmәsi vә xәyanәt etmәmәsi üçün onu
axtalamışdı. Oğlan әvvәlcә bir az hirslәnmişdi, sonra
görәndә ki, artıq gecdi, bunun elә dә pis şey olmadığını
fikirlәşib taleyiylә barışmışdı.
– Buna dәyәr, – o deyirdi, – imkan yoxdu, risk dә yox-
du, bundan başqa, bu evdә isti yemәk verirlәr.
Santa-Mariya de Karbalyedanın keşişi, Qamuso
qardaşlarından Seferino Furelo ayın birinci vә ikinci çәrşәnbә
axşamı Benisyanın yanına gәlirdi, gecәni qalıb, әdәb
qaydalarını gözlәmәk üçün ertәdәn gedirdi, heç kim öz
yaxınının hәyatıyla maraqlanmamalıdı, o ki qala keşiş ola;
keşiş dә kişidi vә kişiyә qadın lazım olmasında pis bir şey
yoxdu. Benisya yataqda od-alovdu, fәth etmәyi sevir.
1 Parrulyo – pəncə (qalisiya dilində)
139