Page 136 - Sela
P. 136
İLO XOSE SELA
dәrdlәrindәn danışırlar, onu da pıçıltıyla, ucadan danışmağa
ehtiyac yoxdu. Ponomarın1 üzümlüyündә çarmıxa çәkilmiş
vәhşi heyvanların, yağışın döydüyü üfunәt qoxuyan
cәmdәklәri sallanır. Martinidәn olan gicbәsәr Katuxa Bainte
heç kim görmәyәndә çәpәrә tәrәf qaçıb, ölmüş heyvana
döşlәrini göstәrir.
– Al, al, nә varsa, hamısını al, lәnәtә gәlmiş! İuda Tadeo,
müqәddәs hәvari, qoy mәnim müsibәtim ötüb-keçsin. Al,
al, qoy hәr şeyi yağış yuyub aparsın. Hәvari İuda, sәn
cәnnәtdә yaşayırsan, mәnim ruhumu ovundur. Al, al, qoy
hәr şeyi külәk aparsın.
Ponomar dәli qızı çox vaxt daşla qovur:
– Rәdd ol, lәnәtә gәlmiş gicbәsәr! Öz mәmәlәrini şeytana
göstәr, vicdanlı adamlarısa rahat burax!
Dәli qız döşlәrini gizlәdib qәhqәhәylә gülür. Sonra hәr
üç addımdan bir dönüb geri baxaraq, yağışın altında gülә-
gülә yolla aşağı düşür.
Katuxa Beinte – sadәlövh, gicbәsәr günüqara, tapdığıyla
dolanır, acından ölmәk asan deyil; hәrdәn öskürüb qan
tüpürür, ancaq, adәtәn, İvan günü gәlәndә, buludlar göy
üzündәn bir az çәkilәndә halı yaxşılaşır. Katuxa Beintenin
iyirmi-iyirmi iki yaşı olar, hәr şeydәn dә çox Lusio Mouronun
dәyirman nohurunda lüt çimmәyi xoşlayır.
San-Migel de Businyos kilsәsinin keşişi don Merexildo
hәyatda mığmığa buludunun içindә addımlayır, әn azı
yüzlәrlә mığmığa hәmişә әtrafındadı, aydındı ki, onun әti
şirin vә çox dadlıdı. Bir dәfә Orensada şәkil çәkdirәndә,
mığmığaların sakitlәşib yatması üçün keşişi yarım saata
yaxın qaranlıqda saxlamaq lazım gәlmişdi.
– Bәs niyә milçәköldürәndәn istifadә etmәdiniz?
– Bilmirәm, yәqin, yaraşmaz.
1 Ponomar – pravoslav kilsəsində xidmətçi
136