Page 133 - Sela
P. 133
İki ölü üçün mazurka

bozumtul rәnginә boyanıb. Əgәr nә skripkada, nә qarmonda
çala bilirәmsә, marka kolleksiyası olan şkafın açarını
tapmamışamsa, axşamları Benisyanın yatağında keçirirәm,
Xuan Larreanın şeirlәrini oxuyuram vә tanqoya qulaq
asıram. Benisya dünәn Orensdә olub vә qәhvәbişirәn
hәdiyyә gәtirib, çox sәrfәlidi, iki fincanlıqdı, biri mәnim
üçün, biri özü üçün.

– Yenә qәhvә istәyirsәn?
– Olar.
Günah işlәdilәn hәr şey Benisyada yaxşıdı, döşünün
gilәlәri iri vә qaradı, bәrk vә şirindi. Benisyanın gözlәri
göydü, yataqda hökmlü vә arsızdı, işin çәmini gözәl bilir.
Yazıb-oxumağı bilmir, ancaq utanıb-çәkinmәdәn hәmişә
gülür.
– İstәyirsәn, tanqo oynayaq?
– Yox, donmuşam, gәl bura.
Benisya hәmişә, hәtta soyuqda da istidi; Benisya istilik
vә sevinc istehsal elәyәn maşındı.Yaxşı ki, nә skripkada,
nә qarmonda çala bilirәm.
– Mәni öp!
– Yaxşı.
– Bir stәkan araq ver.
– Yaxşı.
– Çoriso qızart.
– Yaxşı.
Benisya üzüyola donuz kimi heç vaxt “yox” demir.
– Gecә mәnimlә qal.
– Qala bilmәrәm, San Adrian keşişi Furelo Qamuso ya-
nıma gәlәcәk, indi Santa-Mariya de Karbalyeda prixodunda
ibadәt elәyir, o, hәmişә ayın ilk çәrşәnbә axşamı gәlir.
– Yaxşı!
Lasaro Kodesalı, o gözәl kürәn oğlanı ölüm haqqında
hәr şeydәn әn az düşündüyü bir vaxtda, әncir ağacının

133
   128   129   130   131   132   133   134   135   136   137   138