Page 130 - Sela
P. 130
İLO XOSE SELA

nә. Pianola kimi lәzzәt almadan çalıram. Ağlamaq olar?
İndi kiriyәcәyәm.

Adeqa bir-iki damcı göz yaşı tökür.
– Ərimi öldürәn gorbagorun işini bitirәndәn sonra,
fikirlәşdim, daha rahat nәfәs ala bilәcәyәm, ancaq olmadı.
Əvvәl zәhlәm gedirdi, indi nifrәt elәyirәm, buna da güc-
qüvvә sәrf elәyirәm. Əvvәl susurdum, indi danışıram, ola
bilsin, lazım olduğundan çox danışıram. Akkordeonda
çalmaq – çaydan su içmәk kimi bir şeydi, bu gün yanğı
var, sabah yox. Mәn – bu torpaqdanam, buradan mәni heç
kim qovmayacaq; ölәndә torpağa çevrilәcәm, bәdәnimlә
nazları1 çiçәyi olacam, belә dә davam edәcәk, görәrsiniz!
Adeqa susub hәr ikimizә bir qәdәh araq süzdü.
– Sizin sağlığınıza!
Senyorita Ramonanın evinin arxasındakı intiharları ilә
mәşhur olan bağ öz ayıdöşәyi, qamışlığı ilә çaya qәdәr
uzanır. On bir il әrzindә üç intihar elә dә çox deyil. Bizdә
intihar elәyәn az olur – qoca kimsәsizlikdәn, qız nakam
sevgidәn, tәzә gәlin qüssәdәn vә vicdan әzabından özünü
öldürür; senyorita Ramonanın anasının qәsdәn boğulub-
boğulmadığını heç kim bilmir.
– Kasandulfların Raymundosu, – o, mәnә deyir, –
sәninlә mәnim kuzenimdi, sәnә ana tәrәfdәn, mәnә ata
tәrәfdәn. Sәninlә ümumi qohumlarımız var, ancaq
qurdalasan, çox güman, daha dәrin qohumluq taparsan.
Bizim tәrәflәrdә hamı bir-biriylә qohumdu, başqa alәmdәn
gәlib, indi alaq otu kimi hәr yanı basan, hamısının alnında
ziyil olan Karrupolardan başqa.
Senyorita Ramonanın otuz, ya ondan bir az çox yaşı
olar, qürurludu, azacıq tәrsdi, ancaq qәtiyyәtlidi.
Senyorita Ramonanın iri, kömür kimi qara gözlәri var,
qarabuğdayıdı, demәk olar, meksikalıdı, Kasandulfların
nәnәsi, ya ulu nәnәsi Meksikadan gәlib. Senyorita Ramonanın

1 Naz – sarı çiçəkli çöl bitkisi

130
   125   126   127   128   129   130   131   132   133   134   135