Page 125 - Sela
P. 125
İki ölü üçün mazurka
deyil, mәn yaşamaq istәyirәm. İndisә deyir: hә, mәn bu
döşlәrimi, qalan şeylәrimi dә ona vermişәm, ancaq mәn
sağam, sonra isә döşlәrimi, qarnımı yaxşı-yaxşı yumuşam!
Ona qulaq asmağın ayrı lәzzәti var!
Qamusoların hamısının lәqәbi var; hәmişә uyğun
gәlmәsә dә, çox vaxt yerinә düşür. Doqquz qardaş
Qamusoların yeddincisi Xulianı Paxarola1 çağırırlar, çünki
ildırım kimi, işıq kimi sürәtlidi, zarafat elәmәyi dә xoşlayır.
Paxarolonun Çantadda alveri yaxşı getmәyәn saat dükanı
var; dükan arvadı Pilarındı. Elә dә gur yerdә deyil. Paxarola
çantadlı saatsazın dul arvadını alıb. Piların birinci әri,
dükanın sahibi Urbano Dapena Eskuron kәskin sancılardan
ölüb, ticarәti hәmişә süst olan, qanazlığından ölәn oğlu
Urbanito әlinә almışdı, sonra dükan Pilara qaldı, qayda
belәdi. Paxarolayla Piların beş oğlu, üç qızı var, hamısı
sağlam vә gözәldi. Paxarola çәtin ki, dükanın sahibi ola,
ancaq bu heç ona lazım da deyil, dükan sahibinin әri
olmaq, uşaqların isti yemәyinin olduğunu, oxuya bildiyini
görmәk kifayәtdi.
– Sarsaq Keçi, – Adeqa söhbәtinә davam elәyir, – әrimi,
Afuto Qamusonu, yәqin, hәlә bir yığın başqalarını da
öldürәn o gorbagora döşlәrini verib, ancaq, don Kamilo,
indi hәmin gorbagor gәbәrib, hәtta qәbri dә yoxdu, bir
qadın (nә vaxtsa kim olduğunu deyәrәm, ancaq sizin
ağzınızdan söz çıxmasın. Bu haqda hәddindәn çox
danışılmasını Allah istәmir) onun qalıqlarını qәbiristanlıqdan
oğurlayıb, nәlәr elәdiyini siz heç vaxt mәnsiz öyrәnә
bilmәzsiniz. Gәrәk torpaqdan yapışasan, torpaq sudan
möhkәmdi. Sarsaq Keçi elә dә sarsaq deyil, hәlә dә yaşayır,
yәqin, öz qızı Edelmira ilә, onun әri Sarridә polisdi. O,
mәnim yaşıdımdı, bir, ya iki yaş böyük olar, biz hәmişә
dost olmuşuq. Biz qadınlar xoşumuza gәlsә dә, gәlmәsә
1 Paxarola – eşşəkarısı (qalisiya dilində)
125