Page 126 - Sela
P. 126
İLO XOSE SELA

dә, kimәsә, necәsә döşümüzü veririk, buna görә dә yaşayırıq,
başlıcası, bunun ürәk bulandıran şey olduğunu unutmaqdı;
bir oğlana – samanlıqda, başqasına – evdә, keşişә kilsәdә,
yoldan keçәnә mәtbәxdә, dәyirmançıya dәyirmanda, yada
dağda, әrә könlü istәyәndә verirsәn. Başlıcası, bunun ürәk
bulandıran şey olduğunu unutmaqdı. Qızım Benisyanı
әmizdirәndә bu döşlәr әsl döşlәr idi, Allahın buyurduğu
kimi, iri, bәrk, südlә dolu, mәn ilana da süd verirdim,
ancaq rәhmәtlik әrim onun başını çapacaqla kәsdi, indisә
yalnız ölülәr qalıb, palıdlıqda isә yellәr oynayır.

Pinyor Xaçına, canavarların pusqu qurduğu Albarona
çayına yağır, Rokinyodan isә onları hürküdәrәk oxlarını
cırıldada-cırıldada araba gәlir. İlbizlәr qışda suya çevrilib,
şirin çiyәlәyin kökündә gizlәnәrәk yatırlar. Ətrafdakı ruhlar
cüzamlılar kimi Mianqeyro çayından su içirlәr, darıxanda
isә çay kәnarında müqәddәslәrlә gәzişirlәr. Sәkkizinci
qardaş Benito Qamusonu Lakrau1 çağırırlar, әqrәb kimi
çirkindi, bircә zәhәri yoxdu. Lakrau lal-kardı, ancaq
bacarıqlıdı, çox gözәl bәzәk-düzәk hazırlayır, cilalayır,
dovşan saxlayır, meyvәlәri, az qala, Benisya kimi qızardır.
Lakrau subaydı, Karbalinyoda qardaşı Çufreteyro ilә yaşayır,
tabut emalatxanasında işlәyir, kifayәt qәdәr dә qazanır.
Ayda bir dәfә paytaxta fahişәxanaya gedir, pula da
qızırğalanmır. Doqquzuncu, sonuncu qardaş, gic, zәif
Salyustio da Çufreteyro vә Lakrau ilә birgә yaşayır; demәk
lazımdı ki, o birtәhәr uyğunlaşıb, әziyyәt vermir. Çufreteyro
evlәnmәk barәdә düşünmür – qardaşları sarıdan narahatdır.

– Belә mәnim üçün pis deyil, bir yana qalanda, qardaşlar
da Allahın yaratdığı mәxluqdu.

Doqquzuncu, sonbeşik Qamusonu Mixirikeyro2 çağırırlar,
çünki hәmişә sızıldayır, bәlkә, içindә nәsә ağrıyır, ancaq
bunu necә izah edәcәyini bilmir.

1 Lakrau – əqrəb (qalisiya dilində)

2 Mixirikeyro – ağlağan (qalisiya dilində)

126
   121   122   123   124   125   126   127   128   129   130   131