Page 124 - Sela
P. 124
İLO XOSE SELA
Doqquz qardaş Qamusoların altıncısı – Çufretoyro1
çağırılan Matias kartla bir az fala baxmağı vә jonqlyorluq
elәmәyi bacarır. O, Santa-Mariya de Orense prixodunda
itәbaxanıydı, ancaq sonra bir az qımıldandı, Korbalinyoda
“El Reposo”2 tabut emalatxanasında işlәmәyә başladı, pis
dә qazanmırdı. Mehribandı, yaxşı rәqs elәyir, şirin-şirin
oxuyur, kiyi mәharәtlә işlәdir (ayda 1000 peso, hәlә ondan
da çox qazanır). Çufretoyro şöhrәtpәrәstdi, zarafatcıldı,
Otto vә Frisdәn alman aksentindә lәtifәlәr danışır. Çufretoyro
duldu, onun arvadı Purinya, Afutonun arvadı, Lolini
Moskosun kiçik bacısıdı. Purinya vәrәmdәn ölüb, hamı
bilir ki, onu ifritә tilsimlәyib. Bu ailәdә qızlar çox yaşamır,
әrlәrini bezdirmәdәn ölürlәr.
Adeqa çoriso vә araq dalınca getdi, onun çorisosuna,
arağına söz ola bilmәz, çox xeyirlidi.
– Bidueyroslu gici maraq xatirinә asmışdılar, әrim
Sidran Seqadeni dә öldürdülәr, ancaq bir başqa cür; yaramaz
adamlar hәmişә olub, ancaq müharibәdә lap çoxuydular.
Allah onları cәzalandıracaq, belә qala bilmәz. O, çoxlarını
haqq yoluna çağırıb, yatağında öz әcәliylә ölüb, oğlu az
adam tapılar ki, ölәndә gözünü qapasın. Doqquz qardaş
Qamusoların böyüyü Afutonu vә әrimi öldürәn gorbagoru
tanıyırsınız. Öldürdü, öldürdü, ancaq sonda Meixo Eyrosdan
sağ çıxa bilmәdi; qan tökәn adam qanda da boğular.
Mәndәn yaxşı bilirsiniz, istәmirsinizsә demәyin, amma
Afutonu vә әrimi öldürәn gorbagoru Bousas do Qoqo
çayının yanında sizin qohumunuz pusub öldürmüşdü,
bunu demәyin mәnası da yoxdu. Rozaliya Trasulfeni Sarsaq
Keçi deyә çağırırlar, çünki pozğundu, hәmişә dә elә olub.
Rozaliya Trasulfe korsajını açıb döşlәrini çıxararaq, adamları
öldürәn gorbagora deyib: al, mәnim üçün o qәdәr dә vacıb
1 Çufretoyro – zarafatcıl (qalisiya dilində)
2 “El Reposo” – istirahət (isp.)
124