Page 119 - Sela
P. 119
İki ölü üçün mazurka

Babanızla Maneça şam meşәsindә görüşürdülәr, ordakı
mağarada quru hortenziyalardan özlәrinә yuva düzәltmişdilәr,
Çoriso1 qızartmaq vә qızınmaq üçün ocaq qalayırdılar. Bir
axşam Maneçanın qardaşları babanızı Klavilinyo döngәsindә
yaxalayırlar, birinin әlindә maçeta, o birindә – ling, ancaq
babanız atı üstlәrinә sürüb onları vurub yıxır. Tәkgöz Fuko
lingi atıb tülkü kimi qaçır, ancaq Xan babanızın üstünә
atılır. Xan maçetanı onun böyrünә soxur, babanız, boydan
balaca olsa da, cәsur adamıydı, huşunu itirmir, qaçanın
lingini götürüb Xanı çırpır. Deyilәnә görә, ölünü yaranda
әmәllicә tamaşaymış – ciyәrlәri suya dönübmüş! Babanız
onun payını yaxşıca vermişdi!

Doqquz qardaş Qamusonun üçüncüsü Roke keşiş olmasa
da, nәdәnsә onu Kreqo2 çağırırdılar. Kreqonun son dәrәcә
böyük karalyosu3 bütün mahalda, ondan uzaqlarda, hәtta
Ponferradodan o yanda, Leonda da mәşhurdu! Kreqonun
haqqı çatır ki, onunla, bu hәqiqi hekayәtimizdә öz vaxtında
peyda olacaq padre San Migel de Businosdan heç dә az
fәxr elәmәsin. Turistlәri heyrәtlәndirmәk istәyәndә onlara
Oseyradakı monastırı, şeytanın Karqadoyra tәpәsindәki
ayaq izlәrini – onun keçi tullanışları aydın seçilir – vә
Rokenin karalyosunu göstәrirlәr, doğrudan da, Allah
vergisidi.

– Hә, Roke, Madriddәn olan bu әr-arvada onu göstәr,
özün bilirsәn nәyi deyirәm. Bir stәkan arağa.

– Qoy iki stәkan olsun.
– Yaxşı, iki stәkan.
Roke şalvarının qabağını açıb, ölüvay yırtıcı kimi
dizlәrinә qәdәr sallanan vergisini azadlığa çıxarır. Roke
çoxdan buna öyrәşmәli olsa da, hәmişә nәsә bir az utanır.

1 Çoriso – evdə hazırlanan xırda kolbasa
2 Kreqo – keşiş (qalisiya dilində)
3 Karalyo – kişi cinsiyyət orqanı (qalisiya dilində)

119
   114   115   116   117   118   119   120   121   122   123   124