Page 116 - Sela
P. 116
İLO XOSE SELA

– Rәdd ol burdan, qotur qoyun! Sәn başdan-ayağa
günah içindәsәn, şeytanların tavasında qovrulacaqsan!

Hönkürüb ağlayaraq palıdları yuya-yuya sürәtlә axan
Bermuna sularına yağır, Fabian Mingela, bir adı da Mouço
Karrupo olan quzğun isә öz bıçağını tәmizlәyir.

– Rәdd ol, rәdd ol, bütpәrәst, o dünyada cavab vermәli
olacaqsan!

Kasandulflardan Raymundo hesab elәyir ki, Fabian
Mingelada nacinsliyin doqquz әlamәti var.

– Hansılardı?
– Sәbir elә, vaxtı çatanda bilәrsәn.
Doqquz qardaş Qamusoların әn böyüyünün adı
Baldomerodu, yaxşı, Baldomeroydu – o, artıq ölüb,
Baldomero Marvis Ventela, ona Afuto1 lәqәbi vermişdilәr,
çünki cәsarәtli idi, heç kimdәn, nә diridәn, nә ölüdәn
qorxmurdu. 1933-cü il Hәvari günündә Korredoir Daşına
çatmamış Lya Qudinyadan Lalinә gedәn yolun üstündәki
Tessedeyrasda iki polisi tәrksilah elәyib, әllәrini arxalarında
bağlayaraq, kazarmaya aparıb, silahlarıyla birlikdә tәhvil
vermişdi. Orada Afutonu cәzalandıracaqlarıyla hәdәlәmişdi-
lәr, ancaq cәzalandırmamışdılar, әvәzindә sәfehliklәrinә
vә ehtiyatsızlıqlarına görә polislәri işdәn qovmuşdular,
onlar yerli deyildilәr, hara getdiklәrini bilmirәm, elә heç
kim bilmir. Afutonun qolunda әdәbsiz döymә varıydı –
göy-qırmızı ilan qadının lüt bәdәninә dolanmışdı. Afuto
1906-cı ildә kral III Alfonsonun toyu olanda doğulmuşdu.
20 yaşında Lolina Moskos Rodrigeslә evlәnmişdi, qız o
qәdәr qızğınıydı ki, yalnız dәyәnәklә sakitlәşәrdi. Ölmәyi
çox axmaq bir şeydәn oldu – arenanın girişindә hürkmüş
buğanın ayaqları altında qaldı. Hәmin vaxt artıq dörd-beş
ildi ki dul qalmışdı. Afutonun bacısı yox idi. Doqquz
qardaş Qamusoların valideynlәri 1920-ci ildә Albares

1 Afuto – qoçaq (qalisiya dilində)

116
   111   112   113   114   115   116   117   118   119   120   121