Page 131 - Sela
P. 131
i ölü üçün mazurka
üç adaxlısı olub, ancaq tәkәbbürü ucbatından әrә getmәyib.
Senyorita Ramona şeir yazır, pianoda sonatalar çalır vә
әldәn düşmüş iki nökәrlә, iki dә qulluqçuyla, qoca ifritәlәrlә –
spirit vә bandjo1 hәvәskarı, intendantlıq mayoru kimi vәfat
edәn atası don Breqim Faraminyas Xosinin mirasıyla birlikdә
yaşayır. Senyorita Ramonanın xidmәtçilәri – dörd kütbeyindi,
dörd bәdbәxtlik dә demәk olar, ancaq onları çölә ata
bilmәzsәn – soyuqdan, aclıqdan ölәrlәr.
– Yox, sizi basdırana qәdәr yaşayın, yәqin, çox yaşamazsı-
nız.
– Sağ olun, senyorita. Xeyirxahlığınıza görә Allah sizә
әvәzini verәr.
Atasından senyorita Ramonaya gözoxşayan qara
“pakkard” vә qәşәng ağ “izotta-fraskini” qalıb, onlar hәmişә
qarajdadı. Senyorita Ramona maşın sürmәyi bacarır, mahalda
sürücülük vәsiqәsi olan yeganә qadındı, ancaq maşını heç
vaxt qarajdan çıxarmır.
– Hәddәn çox benzin işlәdir, qoy paslansın.
Senyorita Ramonanın zalında don Fernando Alvares
de Sotomayoranın fırçasından çıxan iki portret asılıb, birindә
o, milli paltardadı, digәrindә anası ispan mantilyasındadı.
– Çox oxşayırlar, elәdi, Kamilo?
– Elәdi, onun çәkdiyi bütün portretlәr bir-birinә çox ox-
şayır.
Anamin kiçik bacısı Salvadora xalanın oğlu
Kasandulfların Raymundosu tәhsillidi, hәm dә gözәldi. O,
kuzinamız Ramonanı yoluxmağa gәlәndә, hәmişә ağ
kameliya gәtirir.
– Götür, Monça, bil ki, mәn sәni sevirәm vә unutmuram.
– Sağ ol, Raymundino, nahaq әziyyәt çәkirsәn.
Senyorita Ramonanın balaca foks iti, anqor pişiyi,
rәngbәrәng iri tutuquşusu, kiçik yaşıl tutuquşusu, meymunu,
1 Bandjo – Amerika zəncilərinin barmaqla çaldığı musiqi aləti
131