Page 135 - Sela
P. 135
İki ölü üçün mazurka
aksiyasındaydı), – vә Kamilo de Sela imzasıyla çap olunan,
“Şәkilli İspaniya vә Amerika”, “İspaniya xәbәrlәri”nә
mәqalәlәr yazan “Babalarımızın qasiendaları”nın1 müәllifi
don Modesto Fernandes-Qonsalesin üstünә zәmanәt mәktubu
vermişdi. Maneça Madridә yollandı, San-Markos küçәsindә
“Orensanka” mağazası açdı, sәliqәli, bacarıqlı olduğuna,
işdәn qorxmadığına görә, ayaq üstә dura bildi, hәtta qabağa
getdi; axırda isә don Leon Roka İbanyesin arvadı oldu, hәr
biri yaxşı adama әrә gedәn sәkkiz qız, biri memar kömәkçisi,
o biri prokuror olan iki oğlan doğdu. Leon vә Maneçanın
nәvәsi, dördüncü qızları Maruxitanın ikinci nikahdan
doğulan oğlu respublikaçılar hökumәtindә katib oldu.
1949-cu ildә deputat seçildi vә özünü don Klaro
Komesanyo Roxa adlandırdı – onun Amieyros soyadı artıq
dördüncü yerdәydi vә Venesuelanın Barkisimeto şәhәrindә
vәfat etdi. Maneça hәmişә gözәl olmuşdu, uşaqları, nәvәlәri
dә pis deyildilәr, ancaq, yox, katibin qızlarından biri, yәni
Maneçanın nәticәsi Aida Kamesanya Betenkur әllinci illәrdә
“miss Barkisimeto” seçilmişdi...
Gicbәsәrlәrin xoşbәxti dә var, bәdbәxti dә – qәdimdәn
belә olub, hәmişә dә belә olacaq. Rokinyo Borren bәdbәxt
gicbәsәrdi, heç kimә mane olmasın deyә beş il qutuda
saxlamışdılar; qutudan çıxaranda tüklü hörümçәyә oxşayırdı.
– O belәdi dә. Görmürsәn gicbәsәrdi, – anası deyir.
– Bilmirәm, arvad. Yәqin ki, ayaqlarının üyüşüyünü
açmaq, sinәdolusu nәfәs almaq onun xoşuna gәlәrdi.
– Güman ki! Yox deyә bilmәrәm!
Rokinyo Borrenanın anası hesab elәyir ki, gicbәsәrlәr
yaxşını, pisi hiss elәmirlәr.
– Əgәr gicbәsәrdilәrsә...
Əvvәllәr ziyarәtә gedәrdilәr, indi heç bu haqda eşitmәk
istәmirlәr, acdılar, başqa cür әylәnirlәr, pıçıldaşırlar, öz
1 Qasienda – mülk (isp.)
135