Page 159 - Sela
P. 159
İki ölü üçün mazurka

bacarmazsan, ya da: kim pis uduzur, axırı pis olur; elәdi ki,
var: başı partlamış halda xәndәkdә, ya qarnı yırtılmış halda
Sakumeyra dağında, ya başqa bir yerdә meyidi tapılır.
Raymundo dağda at çapmağı xoşlayır, әgәr yağış güclü
deyilsә, hәrdәn sәhәr-sәhәr senyorita Ramona ilә yola düşür;
bizim kuzenimizin atı Karuzo qoca olsa da, hәlә zirәkdi.

– Fikirlәşirsәn ki, Sarsaq Keçi Sakumeyrada canavarla
cütlәşmәkdәn qorxmayıb?

– İlahi, bu nә sualdı?!
Yad adam Fabian Mingelanı heç kimin müdafiә
etmәyәcәyini gördü. Nacinsin beşinci nişanәsi – qansız,
nәm vә soyuq әldi; Fabian Mingelanın әli ilbiz kimi qansız,
nәm, soyuqdu.
– Sәsimi qaldırmaq istәmirәm, – yad adam dedi, – an-
caq pulumu vermәsә, ağzını cıracağam.
Raykonun meyxanasındakı pişiyin adı yoxdu, sahibә
onu “myauka” deyә çağırır, o da başa düşür. Mouço öz
qәpik-quruşunu çıxaranda, yad adam ona tәrәf baxmayıb,
pişiyi sığallayırdı.
– Pulu stolun üstünә qoy, özüm istәyәndә götürәcәyәm.
Mouço bu sözlәri yeyәsi oldu, heç kim tәrәfini saxlamadı,
buna layiq dә deyildi. Fabian Mingelanın – Mouçonun işi
bütün Karrupoların işi kimi oturaqdı, sәnәtkarlar at minmәz,
torpaqda әllәşmәz. Mouço dәrzidi, hәr cür xırda-xuruş:
sap, düymә, corab vә başqa zir-zibil satır; Karrupolar yerli
deyillәr, Allah bilir, hardan gәliblәr.
– Pulu elә qoy ki, pesolar, pesetlәr, mis pullar görünsün;
hamı görsün, sonra itil buradan. Sahibә, çaxır verin, umu-
küsüsüz deyirәm, heç kimin dә xәtrinә dәymәk istәmirәm.
Mauço bazar günlәri xüsusi “Omeqa” tutqacıyla saçına
forma verirdi, açıq-yaşıl qalstuk taxırdı, boğazına nazik
şәrf dolayırdı, sancaqla bәrkidirdi ki, oğurlayıb elәmәsinlәr.
– Gör nә bәzәnib!
– Elә bilir, ondan yaxşısı yoxdu!

159
   154   155   156   157   158   159   160   161   162   163   164