Page 163 - Sela
P. 163
İki ölü üçün mazurka

Heç kim yolla gedәn arabanın cırıltısını – qaçmağa
ölümdәn xәbәr verәn mahnısını tәkrar elәyә bilmәz; qurd
ulayır, qaban xoruldayır, ancaq balaca vәhşi heyvanlar
qorxmurlar, aydındı, onlar ürәklidilәr.

Yağış inamla, ümidlә, sevgiylә yağır, buğdaya,
qarğıdalıya, hәm yaxşılığa, hәm dә günaha yağır, günaha
hәm dә ayrıca yağır, müti inәyә, tәkәbbürlü tülküyә yağır,
çox güman, inamsız, ümidsiz, sevgisiz yağır vә bunu heç
kim bilmir, bunun heç kimә dәxli yoxdu, dünya nә qәdәr
ki, fırlanır, sәlәmçi pul verir, uşaq gavalı yeyib ölür, Robin
Lebosan Roziklerә şokolad hәdiyyә elәyir, o da meymun
İeremieylә әylәnir, at tәpiklә vurub qızı öldürür, Arximed
kimәsә deyir ki, mәnә istinad nöqtәsi verin – yağış isә
hәvәslә yağır. Bir bәrabәrdә, hәm dә dünyaya acıqla yağır,
dağın kәnarından isә әsәr-әlamәt yoxdu, Mavritaniya
torpağında Lasaro Kodesalı öldürәndә Tanrı silinib.

Finanın mәrhum әri Anton Quntimil zәif adamıydı,
tez-tez naxoşlayırdı, üstәlik, pәltәk idi, danışanda çox
çәtinlik çәkirdi. Fina onun gününü qara elәmişdi, eyiblәrinә
gülürdü.

– Bütün bildiklәrinә baxmayaraq sәfehsәn, fransiskan
rahibi sәndәn yaxşıdı, әn azı, iki dәfә ağıllıdı. Bәlkә dә, az
bilir, heç kim anadan alim doğulmur, ancaq korazehin
deyil, öyrәnә bilәr.

Qan Antonun başına vurdu, ağacı götürüb arvadının
kürәyinә çırpdı, o da tavanı әrinin sifәtinә nalladı.

– Aldın payını, lәnәtә gәlmiş qurumsaq?
Vә burcuda-burcuda, qapını çırpıb getdi. Xasiyyәtә bax
da!
Senyorita Ramonanın evi Mesos do Reyno kәndindә,
Lalindәn gedәndә sol әldәdi. Mesos do Reyno tәzә yaranıb.
Əvvәllәr Mesos de Moyre deyirdilәr; Samora-Santyaqo
N525 şosesini çәkәndә fәhlәlәr qonşuluqdakı Moyredә vә
Kastiliya tәrәfә gedәndә sağ әldәki Pinyorda yerlәşirdilәr.

163
   158   159   160   161   162   163   164   165   166   167   168