Page 168 - Sela
P. 168
İLO XOSE SELA

– O qәdәr güclüdü?
– Əlbәttә, hәtta lap güclü.
Pepino Xurelo gözdәn-könüldәn uzaqda böyüdü, zamanı
gәlәndә isә hamı kimi evlәndi, başdanxarab iki qızı oldu,
heç bir il dә yaşamadılar. Arvadı (adı dilimin ucundadı, ha
elәyirәm yadıma düşmür), Asturyalı sәyyar tacirә qoşulub
qaçdı, hәlә dә onunla avaralanır.
Pepino Xurelo arvadının qaçdığını vә tәzәdәn azadlıq
qazandığını bilәndә, sevincdәn çiçәyi çırtladı.
– Qoy olsun, tәklik çox yaxşıdı!
Pepino Xurelonu pis vaxtda, altı yaşlı lal-kar Simonçino
ilә әxlaqsızlıq elәyәndә yaxaladılar. Pepinonu az qaldı
boğub öldürsünlәr; әvvәl hәbsxanaya, sonra dәlixanaya
atdılar, yolda yumruqla, kәmәrlә, dәyәnәklә döydülәr,
ancaq hirslә yox, әylәnmәk, vaxtlarını keçirmәk üçün
döyürdülәr.
Düzü, Purinya yaxşıdı, ancaq çox nәrmәnazikdi, hәmişә
öz xәstәliklәrindәn danışır; qadının ağrımağında pis bir
şey yoxdu, hamı xәstәlәnir, amma onun bu barәdә
danışdıqlarına qulaq asmağa Allahın da hövsәlәsi çatmaz!
Onun әri, doqquz qardaş Qamusoların altıncısı Matias
Çufreteyro rәqsi, kartı, fokusları, hәmçinin bilyard vә
dominonu, lәtifә danışmağı xoşlayır, alma arağını qәdәhlә
başına çәkir, kokos peçenyesindәn, qәhvәli pastiladan
lәzzәtlә yeyir. Matiasla iki qardaşı da qalır: lal-kar vә
kifayәt qәdәr ağıllı Lakrau vә xәstәhal, ağıldankәm
Mixirikeyro. Benitino Lakrau ayda bir dәfә qız yanına
gedir, buna görә işlәyir, pis dә qazanmır; Salyustino
Mixirikeyro, demәk olar, ayağa qalxmır, elә hey içini çәkir.
Çufreteyronun arvadı çox gözәldi, ancaq halsızdı; onun
bacısı, Afutonun arvadı Lolinya gözәl, hәm dә şuxdu.
Bizdә gözәllәr iki cür olur; Lolinyanı öküz divara sıxıb
әzib. Xuliana Qamusonun (Paxarolo) arvadı Çantadalı

168
   163   164   165   166   167   168   169   170   171   172   173