Page 173 - Sela
P. 173
İki ölü üçün mazurka

Xalalarım Pepino Xurelonu tanımırlar, haqqında eşidiblәr,
ancaq tanımırlar.

Bәzi adamlar özlәri istәmәsәlәr dә diqqәt çәkirlәr, ancaq
elәlәri dә var, nә qәdәr çalışsalar da, onları heç kim sezmir.
Pepino Xurelanın qaçan arvadı Konça da Kona hәr gün
daha da gözәllәşir, şәnlәnir. Dul qalan gәnc qadın yaxşılaşar,
tәbiәt çox müdrikdi, hәyatı davam etdirmәyimiz üçün cinsi
әlaqәdәn yaranan ağrını şirinlәşdirir. Konça da Kona qaraçı
kimi kastanyetlәrini şıqqıldadır.

– Harada öyrәnmisәn?
– Öz evimdә, bir az sәbir lazımdı; kastanyet çalmaq nә-
fәs almaq kimidi, axıra yaxın öz-özünә alınır.
Konça da Kona kupletlәri zövqlә oxuyur, yaxşı sәsi
var. Konça da Kona – yaşamaq üçün maşındı, Pepino
Xurelo ölmәk üçün maşındı; elә mexanizmlәr var ki,
sazlamaq olmur. Konça da Konanın tәkәbbürlü, qayğısız
baxışları var, sanki qraf, ya general qızıdı. Əgәr ailәdә
uzun müddәt isti yemәk yeyilibsә, onu gizlәtmәk olmur.
Konça da Kona sәrәlәnib yatır – bu da özünәәminliyin bir
әlamәtidi.
– Sәbir lazımdı, bacı!
– Elәdi, kәnara atılmamaq üçün sәbir vә sağlamlıq
lazımdı.
Konça da Kona nә vaxtsa uzaq şәhәrlәrin birindә (Valya-
dolid, Bilbao, Saraqosa) model olub, ancaq bunun daşını
atıb – donursan, kasıbçılıqdan da çıxa bilmirsәn, buna görә
döşlәrini göstәrmәyә dәymәz.
– Üstәlik, adam әsәbilәşir, elә bil paltarasılana baxırlar.
Xesus xalanın, tәhsilini bitirmәsә dә, aptekdә işlәyәn
adaxlısı varıydı; Rikardo Vaskes Vilarinyo müharibәdә
ölmüşdü, “Qalisiya bayrağı”bölmәsinә1 yazılıb, Teruel

1 Respublika ordusunun Qalisiyadakı bölməsi

173
   168   169   170   171   172   173   174   175   176   177   178