Page 178 - Sela
P. 178
İLO XOSE SELA

paltar yumağa gedәn o çәlimsiz qızı görürsәn, hörüklünü
deyirәm? Hә? Evlәn, gör ki, iy verәn qadına dözmәk necә
olur; arvadlar toy günündәn, daha doğrusu, toy günündәn
az sonra iylәnmәyә başlayırlar. Nәdәnsә heç kim tәbiәtin
qanununu doğru-düzgün bilmir. Dükana bibәr almağa
gedәn o yaşıl paltarlı gonbulu görürsәn? Hә? Ya qırma ilә
vur öldür, ya günahkar şeytandan qaçan kimi qaçıb canını
qurtar, ilbiz kimi sәnә yapışmağını gözlәmә. Yoxsa qasıq
biti kimi? Mәhz qasıq biti kimi, indi elә vaxtıdı. Zәli kimi?
Yox, әzizim, sәfehlәmә, zәli nәdi, aydın mәsәlәdi ki, qasıq
bitidi! Başında bardaq olan bu geniş әtәkli qarayağız qız
xoşuna gәlir? Hә? Çox ehtimal ki, o – әqrәb yuvasıdı, insan –
qәribә mәxluqdu, hәr şeyi qarışıq salır. Lasaro Kodesalı
xaincәsinә öldürüblәr, ayağa durmağa qoymayıblar; әncir
ağacının altında qadınla sakitcә öz işini görәn oğlana güllә
atmaq kişiyә yaraşmaz! Kişi belә hәrәkәt elәmәmәlidi,
әlbәttә, müharibә müharibәdi, bunu hamı bilir, ancaq
müharibәdә silahsız adamı vurmaq olmaz, bu, alçaqlıqdı,
arxadan da vurmaq olmaz...

Memar Selso Varela hәr sәhәr “Bilbaina” kafesindә
vermut içir, hәrdәn “Superior” barına da baş çәkir, Maruxita
ilә artıq çoxdan üzülüşüb, ancaq deyilәnә görә, sonra yenә
yanına qayıdıb. “Bilbaina” kafesinin terrasında vәtәndaş
müharibәsi başlayandan bir ay, ya ay yarım keçmiş iki
nәfәri güllәlәmişdilәr; dәfndә iki nәfәri dә güllәlәdilәr vә
hökumәt İsanın mübarәk cismi bayramını1 dayandırdı.
Maruxa Bodelon Alvares – Selso Varelanı xalam Emiliyanın
әlindәn alıb aparan Ponferrada şiri Maruxita aktrisadı, qoy
indi dә aktrisa olmasın, nәsә ona oxşar bir şeydi; Selso
tәzәdәn xalam Emiliyanın yanına qayıtmaq istәyirdi, ancaq
üstündәn xeyli vaxt keçmişdi, qәlb yarası çәtin sağalardı.

– Yox, yox, bacım Xesusla qalacağam, ömrümü ibadәtә
vә mәrhәmәtli olmağa hәsr edәcәyәm.

1 Corpus Christi – pasxadan 60 gün sonrakı cümə axşamı qeyd olunur.

178
   173   174   175   176   177   178   179   180   181   182   183