Page 182 - Sela
P. 182
İLO XOSE SELA
Adeqanın daha kişisi yoxdu, ancaq özünü tox tutur,
tez-tez söhbәtlәşirik.
– Ərimi öldürәn o gorbagor nә bu dünyada, nә o dünya-
da rahatlıq tapdı, qanı qanla yuyarlar, tökülәn qanı
bağışlamazlar, dağların qanunu belәdi. Ərimi öldürәn o
gorbagorun ailәsi buralı deyil, ancaq Allah şahiddi, onların
adәtimizi öyrәnmәyә vaxtları olub. Əvvәllәr karabiner
olan, Pontedevada qaçaqmalçılarıyla toqquşmada ayağından
yaralanan Karbalino mәhkәmәsinin mirzәsi Maranisli çolaq
imkan yaratmışdı ki, qardaşım Sekundio sәnәdlәri oğurlasın;
hәmin sәnәddә leşin atasının Fonsebadondan olduğu, sonra
Astorqaya gәldiyi yazılmışdı. Bu haqda sizә danışmışdım.
Don Kamilo, siz Quxindeslәr, ya Moranlar nәslindәnsiz,
fәrqi yoxdu, bu çox şey deyir, özünüz bilirsiniz, ancaq bu
adı hәyat bahasına olsa da qorumaq lazımdı. Allahın yolunu
azan Mouçonun qalıqlarının necә oğurlandığını nә vaxtsa
әtraflı danışacağam. Onda Karrupolar necә döyükürdülәr!
Bir qәdәh dә olar?
Nacinsliyin sәkkizinci әlamәti bürüşük şeyidi; Parroçanın
qızları Fabian Mingelanın (Mouço) şeyinә gülürdülәr.
– Aman Tanrı, elә bucuğazdı!
Mәrakeşdәn taxta ayaqla qayıdan Monço Preqisas
gәlәcәkdәn xәbәr verәn yuxular görür, demәk olar, hәtta
şairdi. O danışır:
– Kuzinam Georgina hәlә әri Adolfo ölmәmiş Karmelo
Mendeslә gәzirdi, ancaq sonra ona әrә getdi. Kuzinalarım
Adela vә Georgina hәmişә günah işlәtmәyi xoşlayıblar,
ömür qısadı, gәrәk ondan istifadә edәsәn. Dişi vә erkәk
xesusito kurados tutuquşularım öldülәr, Qırmızı dәnizi
keçmәyә dözmәdilәr, bәlkә, elә yaxşıdı, kuzinalarım mәnim
acığıma onları qızardıb yeyәcәkdilәr. Anaları Mikaela xala
da alaq elәmәyi xoşlayırdı, ona çox minnәtdaram, balaca
olanda әlimi qoynuna soxmağa, döşünü әllәşdirmәyә,
182