Page 184 - Sela
P. 184
İLO XOSE SELA
verirsәn, qaytarmırlar; Robin Lebosan kitabları qaytarır.
Ancaq, deyәsәn, heç kimә vermәmişәm, hansısa şkafda
olar, dәrd ondadır ki, evdә hәr şey baş-ayaqdı.
– Niyә şam elәmәk istәmirsәn? Bir butulka alma arağım
var, Asturiyadan yollayıblar.
Aramsız yağan yağışda heç kim vaxtı hiss elәmir: adam
kimisә satır, o, xәndәkdә, ya qәbiristanlıqda ölü tapılanda
isә nadir hallarda vicdan әzabı çәkir; qadın ilıq butulkayla
sevişmәk üçün gözünü yumur vә heç nә onu maraqlandırmır;
uşaq pillәkәndәn yıxılıb ölür, hәr şey bir anda olur; Rozikler
meymunla mәzәlәnmәyindәdi, İremiya isә hәr gün daha
çox öskürür, – adamda hәvәsә bax! Karrupoların hamısının
alnı donuz dәrisindәndi, yәqin, ulu babaları qaban olub,
kim bilir. Kor Qaudensio “Körpә Marianna” mazurkasını
xahiş elәyәndә yox, nә vaxt istәsә çalır, bir var kor olasan,
bir dә var – iradәsiz, Qaudensionun repertuarı böyükdü,
adamlar dәymәdüşәrdi, bәzәn nә istәdiklәrini bilmirlәr;
bilmirsiniz ki, bu mazurkanı müәyyәn ovqatın olanda
çalırsan? Bu mazurka sanki messadı, onun öz vaxtı, öz
yeri, öz uğuru var. Akkordeon – hissiyyatlı alәtdi, lazım
olmayanı elәyәndә ağrıyır, adamlar indi heç nәyә hörmәt
elәmir, aydındı, dünyanın axırı yaxınlaşır. Heyvanları
әhlilәşdirәn Baqaneyralı Polikarponun üç barmağı yoxdu,
Polikarpo qohumlarıyla Xuresa dağlarında atları qovanda
әlini ayğır gәmirib. Baqaneyralı Polikarpo Sela do
Kampapponda yaşayır, evinin üst mәrtәbәsi uçanda atası
ölüb, üç sözә baxan әhlilәşdirilmiş rәqqas dәlә dә onda
qaçmışdı. Polikarpo sağ әlinin çeçәlә vә baş barmağıyla
işini aşırır, hәr şeyә öyrәşirsәn. O, hәrdәn yola çıxır,
Santyaqodan gәlәn avtobusda hәmişә qurudulmuş әncir
vә qoğal yeyәn iki-üç keşiş olur, tüklü sifәtlәrindәn vәhşilik
yağır; sui-qәsdçilәr kimi xәlvәtcә gülüşürlәr; müharibәdәn
әvvәl omnibusda gedәn keşişlәr çoriso yeyirdilәr, bәrkdәn
184