Page 189 - Sela
P. 189
İki ölü üçün mazurka

şalına bürünür; hәrә bir cür qorxur, o, başını yorğanın
altına soxur, dәmir çarpayıdan taxta çarpayı yaxşıdı,
qaranlıqda ölü kimi sakitcә uzanıb, gözlәrini yumaraq
tәhlükә sovuşana qәdәr Mәryәm Anaya dualar oxuyur;
hәmişә sayıq olsa da, hәmin vaxtlarda oğurluq elәsәn belә
xәbәri olmaz. Parroçanın çiyin şalı mәşhurdu: donya Pura
gәncliyindә iyirmi dәfә çılpaq şәkil çәkdirib, ancaq hamısında
çiyin şalı ilә: gül qoyulmuş vazanın böyründә bir döşü
açıq; Misir piramidalarının önündә hәr iki döşü açıq; taxtın
üstündә ayağını ayağının üstünә aşırmış halda; sağrılarının
әks olunduğu güzgünün yanında; çiyinlәri çılpaq halda
Eyfel qüllәsinin fonunda... Şәkillәr Lamas de Karvaxal
küçәsindә Mendesin studiyasında çәkilib vә studiyanın
sahibi Mendesin haqqı verilib; ilahi, nә qәdәr vaxt keçib!
Krem rәngindә saçaqlı çiyin şalı, üstünә rәngbәrәng
tikmәlәrlә çәkilmiş әn azı, üç yüz çin tulası, hәrәsinin dә
şirmayıdan öz sifәti, – keşiş don Silverio deyir ki,
selluloiddәndi, yox, şirmayıdı! – biri gәzir, biri tullanır, o
biri çәtirlә gündәn qorunur...

– Parroçanın çiyin şalı neçәyә olardı?
– Bilmirәm, mәncә, xeyli pula gedәrdi; yәqin, Orense
әyalәtindә әn yaxşı şaldı.
Pepino Xurelo meningit olmuşdu, heç vaxt başını qaldıra
bilmәdi, doğrudu, ölmәyinә ölmәdi, ancaq beli büküldü,
bir az da başı xarab oldu.
Pepino Xurelo “El Reposo” emalatxanasında elektrik
kömәkçisidi, hәm dә yaxşı qablaşdırıcıdı; deyilәnә görә,
Pepino Xurelo uşaqbazdı, ya ona oxşar bir şeydi, hәr şeydәn
artıq uşaqları әllәşdirmәyi xoşlayır, kölgәdә, gündә onlara
girişir, lal-karların öhdәsindәn daha asan gәlir, öyünmәli
bir şey yoxdu. Pepino Xurelo evli idi, arvadı Konça da
Kona axırda onu qoyub qaçdı, bu da başa düşülәndi. Elm
naminә özünü axtalatdırmağa icazә verәndәn sonra Pepino

189
   184   185   186   187   188   189   190   191   192   193   194