Page 191 - Sela
P. 191
İki ölü üçün mazurka

alır: qәhvәdan, kasa, kәmәr – gәrәk kişilәrin qayğısına
qalasan.

– Tanqo oynamaq istәyirsәn?
– Yox, yorulmuşam, yenә yanıma gәl.
Ayda iki dәfә çәrşәnbә axşamları Benisya Santa-Mariya
de Karbalyeda kilsәsinin keşişi Seferino Qamusonu (Furelo)
qәbul edir; bu qayda heç vaxt pozulmur.
– Ah, don Seferino! Hәr dәfә sizdәn daha çox lәzzәt
alıram! İlahi, mәni bağışla! Di başlayın, ürәkli olun!
Benisya çılpaq yemәk bişirmәyi xoşlayır.
– Üstünә yağ sıçramır.
– Yox, ehtiyatlıdı.
Benisya alabalığı qızartmağı, göyәrçinli buğda bişirmәyi
yaxşı bacarır, içini mal әti, vetçina, sarımsaq, cәfәri, soğan
vә yumurta ilә doldurur, zәrif, hәm dә doyumlu yemәkdi.
Balıqçı keşiş Furelo Benisya ilә çox nәzakәtlidi – balıqçılar
nәzakәtli olurlar. Benisyanın gözlәri göydü, dәyirman kimi
dayanmırlar.
– Yanında yer verәrsәn?
– Hә.
Benisyanın dediyinә görә, müqәddәs Roldan Barko de
Valdeorras, Petin vә Rubian çöllәrindә çapıb sәrasinlәri
öldürәndә, iki mavritan gözәlinә rast gәlir, çapmaqdan atı
әldәn salsa da, onlara çata bilmir; gözәllәri tutmaqdan
ümidini üzәn müqәddәs Roldan onları lәnәtlәyir vә hәr
ikisi Seyxos Brankosa – indiyә qәdәr yolun hәr iki tәrәfindә
dayanan iki ağ kvars qayaya çevrilirlәr.
– Seyxosda müqәddәs Roldanın kabusu gözümә
göründü, qaçmaq istәsәm dә bacarmadım, düzünü desәm,
istәmәdim, o qәdәr sakit, xoşagәlimli idi. Müqәddәs Roldan
bir az qәribә danışırdı, mәncә, ağlı yerindә deyildi.
– O, ispanca, yoxsa qalisiya dilindә danışırdı?
– Deyәsәn, latınca danışırdı, ancaq onu başa düşmәdim.

191
   186   187   188   189   190   191   192   193   194   195   196