Page 192 - Sela
P. 192
İLO XOSE SELA

Benisyanın anası Adeqa çoxlu әhvalatlar, әfsanәlәr bilir,
zövqlә akkordeon çalır, әn yaxşı da “Fanfinetta” polkasını.

– Babanın böyük, sonu qanla qurtaran çox böyük bir
macәrası olub. Maneça Amieyros canlara dәyәn qızdı, yaxşı
bәdәni varıydı, ayaqları uzun, saçları ipәk kimi, baxırsan –
ürәyin gedir. Baban Maneçanın qardaşı Xana Amieyrosu
dәyәnәklә vurub öldürmüşdü, dalaşanları vaxtında
ayırmayanda belә şeylәr olur; onu Klavilinyoda öldürdü,
ancaq Maneçaya dәymәdi, qız Madridә qaçdı, dükan açıb
yaşadı. Baban bir neçә il Braziliyada dolaşdı, getmәmiş öz
adaxlısına – sonra sәnin nәnәn olana – dedi ki, mәni
gözlәyәcәksәn, Teresa? O da “hә” cavabını verdi, baban da
okeanın o tәrәfinә getdi. On dörd il Amerikada veyillәndi,
qayıdanda isә evlәndi; heç vaxt adaxlısına mәktub
yazmamışdı, ancaq söz – sözdü. Bir az araq süzüm?

Beş il göy, qızılı, narıncı, yaşıl boya qutularının içindә
yaşamış sәfeh Rokinyo Borrenanın anası hesab edir ki,
sәfehlәr insanlardan, hәtta heyvanlardan dağa-daşa daha
yaxındılar.

– Əgәr Tanrı onları yaradıbsa, yәqin, nәyә görәsә
yaradıb.

Rokinyo Borrenanın anası әlini yandıranda, yağı
daşıranda, ya kartof tәmizlәyәn vaxt әlini kәsәndә,
sakitlәşmәk üçün sәfehә bir şillә vurur.

– Niyә üzümә baxırsan, axmaq? Axmaqdan da betәrsәn!
Rokinyo Borrenanın anasını Sekundino çağırırlar, hirsi-
hikkәsi yerә-göyә sığmır.
– Off, qızım, hansı günahlarıma görә Tanrı bu axmağı
mәnә verib? Bax ha, Rokinyo, indicә payını alacaqsan!
Rokinyonun anası xәlvәtә salıb papiros çәkir, papiros
kötüklәrini dә Rayko meyxanasından yığır; meyxana
sahibәsi Remedios ilә dostluq elәyir, onun paltarlarını
yuyur, ev işlәrindә kömәyinә yetir, harasa göndәrәndә

192
   187   188   189   190   191   192   193   194   195   196   197