Page 193 - Sela
P. 193
İki ölü üçün mazurka
gedir; maqnoliya yarpağı da çәkir. Sekundinanın papiros
kötüklәrini yeyәn iti var, hәmişә keflidi vә zorla yeriyir,
Sekundinanın kefi olmayanda heyvan da öz payını alır.
Deyirlәr, Rokinyo ona görә belәdi ki, o, körpә olanda anası
gecәlәr ilana döş verdiyindә yazıq ac qalırmış; “yox”
demirәm, ancaq, mәncә, o elә sәfeh doğulmuşdu, bunu
gözlәrindәn görmәk olar.
Tanis Qamusonun qayınatası Eutelonun, Sirolasın saçları
şotka kimidi, qaşları pırpız, alnı dar – doğrusu, xoşagәlmәz
әlamәtlәri çoxdu.
– Eutelo, deyirlәr, Qaudensioya tüpürdüyünә görә,
Marta Portuqaliyalı sәninlә yatmaq istәmir.
– Onu deyәn, bağışla, don Servando, it oğlu itdi.
Don Servando hәrzә danışığa dözmür.
– Üzr istә, Sirolas, zibilin biri zibil, yoxsa elә vuraram,
partlayarsan!
Eutelo üzr istәdi; don Servando әyalәtin deputatı idi.
Eutelo arada pәrdә saxlamağı bacarırdı.
– Eutelo, get köşkdәn papiros kağızı al.
– Bambuk kağızı?
– İndio Rosa olsa yaxşıdı.
Fina dәliqanlı sıçrayışları xoşlayır, bunu әn yaxşı ortayaşlı
keşişlәr bacarır. San-Migel de Taboadela icmasının keşişi,
Qamuso qardaşlarından Selestino Karoça qadınları yataqda
ram etmәyin mahir ustasıdı; Finanın Orense stansiyasında
yük qatarının vurduğu rәhmәtlik әri pәltәk Anton Quntimil
heç vaxt arvadının öhdәsindәn gәlә bilmәmişdi.
– Missiyadakı fransiskan rahibinin karalyosu sәninkindәn
iki dәfә böyükdü, ölüvaysan sәn, ölüvayın yekәsisәn!
Fina dovşanı yaxşı bişirir, Selestino Qamuso isә aybaşını
eyninә almır.
– Eybi yoxdur, axı bilirsәn, mәn o qәdәr dә fikir
vermirәm.
193