Page 190 - Sela
P. 190
İLO XOSE SELA

Xurelonu hәbsxanadan buraxdılar. Cәrrahiyә әmәliyyatından
sonra Pepino Xurelonun halı düzәlmәdi (hәkimlәr, vәkillәr,
hakimlәr “demaskulinizasiya” deyirdilәr), bir az arıqladı,
bundan başqa, sümüklәri, başı ağrıyırdı.

– Sümüklәrin ağrıyır, Pepino?
– Hә, senyor, bir az ağrıyır.
– Başın da?
– Hә, senyor, o da ağrıyır.
– Sәnә yalnız dözmәk qalır.
– Hә, senyor, bilirәm.
Halı yaxşılaşsın deyә Pepino Xureloya hormonlar
vurdular, ancaq kömәk elәmәdi, әslindә, tәcrübә naminә
vururdular.
– Qorxusu da keçmәdi?
– Yox, çox qorxur, uşağa yaxınlaşıb dalını qurdalayanda
sakitlәşir. Polis onu tutanda serjanta demişdi: Simonçino
özü toxunmaq üçün orasını mәnә göstәrdi, mәn istәmirdim.
Öküz arabasının cırıltısı eşidilir, bir oxun cırıltısını o
biri ox tәkrarlayır, tәkrarlamasa, әks-sәdası eşidilir, әgәr
әks-sәdası yoxdusa, Tanrı dilә gәlir. Benisyanın döşünün
gilәlәri sanki şabalıddı, – rәngi dә, bәrkliyi dә; Adeqanın
qızı Benisya Parroçanın fahişәxanasındakı kor akkordeonçu
Qaudensionun bacısı qızıdı.
– Qaudensio, bir peset verim, mazurka çal.
– Baxır hansı mazurkanı.
Benisya yazmağı, oxumağı bilmir, ona lazım deyil;
Benisya şәndi, haradan keçsә, orada hәyat qaynayır.
– Qüvvәmizi sınamağı istәyirsәn? Uduzsam, sәnә
döşümü verәcәyәm, uduzsan – aman dilәyәnә qәdәr
karalyondan dartacağam.
– İstәmirәm.
Benisya lәzzәt almaq üçün, lәzzәt vermәk üçün
düşünülmüş maşındı. Əlinә pul düşәn kimi, kimәsә hәdiyyә

190
   185   186   187   188   189   190   191   192   193   194   195