Page 185 - Sela
P. 185
İki ölü üçün mazurka
gülәrәk gәyirib, guruldadırdılar. Yuxarıdan vә aşağıdan
çıxardığı gurultuyla mәşhur olan don Mariano Vilobalın
әyalәtdә tayı-bәrabәri yoxdu. Don Mariano müharibә
әrәfәsindә öldü, zәngi sazlamaq üçün zәng qüllәsinә çıxanda
ayağı büdrәyib, aşağıdakı sәrdabәnin üstünә düşәrәk
boynunu sındırmışdı. Dünyada әn yaxşı çoriso (belә deyirlәr,
yәqin, babatları da olur) – Adeqanın çorisosudu.
– Rәhmәtlik әrimin yanaqlarından qan damırdı, çünki
çorisonu bütünlüklә yeyirdi, qabığını soyub ötürürdü içәri.
Yazıq Sidran, Allah ona rәhmәt elәsin, mәnim çorisolarımı
çox xoşlayırdı! Hәrdәn deyirdi: onun hamısı karalyomun
ucundan gәlib çıxır, bu sәnin üçün yaxşıdı, elәdi, Adeqacan?
Ərimi öldürәn o gorbagor heç vaxt belә çoriso yemәyib,
әrimi öldürәn o gorbagor acından ölürdü!
Adeqa çorisonu mükәmmәl hazırlayır, birinci, donuz
gәrәk yerli ola vә yerli mәhsullarla; qarğıdalı, kartof әzmәsi,
un, quru çörәk vә ağılla bişirilәsi mümkün olan hәr şeylә
bәslәnә. Donuz hәm dә gәzmәlidi, dağa-daşa çıxmalıdı,
soxulcan vә başqa hәşәratlar tapmaq üçün torpağı
eşәlәmәlidi. Donuzu polad yox, dәmir bıçaqla vә hamıya
mәlum olan qaydayla öldürmәlisәn, әgәr namәrdcәsinә,
ürәyindә kin öldürsәn – özündәn küs! Sorso (iç) xırda-
xırda doğranmış can әtindәn, kürәk vә döş әtindәn olur,
xeyli şirin bibәr, üyüdülmüş istiot, duz, döyülmüş sarımsaq,
su әlavә olunur; bunların hamısını yaxşı-yaxşı qarışdırıb,
bir gün saxlayırsan. O biri gün tavada azca qızardıb, dadına
baxırsan ki, çatışmayan nә varsa, әlavә elәyәsәn; hәmişә
nәsә çatışmır. Üç gündәn sonra yenә qarışdırırsan, dördüncü
gün bağırsağa doldurursan, istәdiyin ölçüyә görә, sapla
tikirsәn; bәrkiyәnә qәdәr iki-üç hәftә hisә verirsәn, bәrklik
– yaxşı hazırlanmasının göstәricisidi vә artıq yemәk olar;
әn yaxşı tüstü palıd ağacınındı, hәm dә әn faydalısı odur.
Tez yeyilәsi çorisonu asırlar, uzun müddәt qalmalı olanı
isә yaxşı tәmizlәyib, donuz piyindә saxlayırlar.
185