Page 180 - Sela
P. 180
İLO XOSE SELA
alaqarğalar yeyәcәk, onlar buna da razıdılar; bәzi alaqarğalar
yaxşı fit çalırlar, çox illәr qabaq, Primo de Riveranın vaxtında
Allarisdә bir respublikaçı keşişin acığına alaqarğaya fitlә
“Marselyoza” çalmağı öyrәtmişdi. Adı Leonsio Koutelo
olan bu adam hündür, arıq, çopur, kor Eulalionun qardaşı
idi; Eulalio mәrasimlәrdә arvadları әllәşdirirdi, – görmәsә
dә, qoxuyla gedib, heç vaxt da yanılmırdı.
Tanis Qamuso üç güclü, qoçaq qurdbasan böyütmüşdü –
Kayzer, Sultan vә Morito ilә dünyanın o başına da getmәk
olardı.
– Bu yırtıcılarla dünyanın o başına getmәk olar, şir dә
onlara dov gәlә bilmәz.
Tanis Qamusonun köpәklәrinin tükü ipәk kimidi; başları
ağ vә qәhvәyi rәngdәdi. Tanis onları Leondan gәtirib,
Qalisiyada itlәr – çoban itlәri, qurdbasanlar, tazılar mehriban,
ağıllı, çalışqandılar, ancaq Leondakı kimi cins itlәr yoxdu,
bizdә daha çox qarışıqdı.
– İkiaylığı neçәyә verirsәn?
– Heç neçәyә, küçüklәri satmıram. And içsәn ki, incitmә-
yәcәksәn, sәnә bağışlayaram.
Tanisa Qamusanı Perelyo deyә çağırırlar, çünki yaxşı,
pis işdә dә qoçaqdı, sanki motosikldi. Onun arvadı Roza
Roykan alma arağına qurşanıb, bütün günü qrafindәn
yavaş-yavaş vurur. Roza Roykanın atasını Eutelo, ya Sirolas
çağırırdılar, Orensedә әn zalım vergiyığandı, ondan pisini
xatırlamıram.
– Onun axırı yaxşı olmayacaq, baxarsan, nә vaxtsa
bıçağı qarnına soxacaqlar, özü dә xәbәrdarlıq elәmәdәn.
Kәndçilәr Sirolasdan qorxurdular, çalışırdılar onunla
rastlaşmasınlar.
– Heç kimә etibar elәmir, ondan xeyir gözlәmә.
Keçәn il Parroçanın meyxanasında Sirolas “Körpә
Marianna” mazurkasını çalmadığına görә, kor Qaudensionun
180