Page 183 - Sela
P. 183
İki ölü üçün mazurka
baldırlarını qıdıqlamağa icazә verirdi, bircә tumanını
çıxarmaq olmazdı, Mikaela xala tumanını çıxarmağa icazә
vermirdi, bu mәsәlәdә bir az ciddi idi. Yenә qәhvә olar?
Sağ ol. Kuzinalarım hәrdәn senyorita Ramona vә iynә
vuran Rozikler ilә tanqo oynayırdı; vә kuzinam Georgina
qızışanda soyunmaq üçün icazә istәyirdi. Bluzkanı çıxarmaq
olar? İstәyirsәn, çıxar. Xoşuna gәlir, Monça? Mumla, qәhbә,
özün dә çarpayıya uzan. İşığı söndürüm? Yox.
Monço Preqisas qadınların dialoqunu fleyta kimi nazik
sәslә söylәyir.
– Qadınlar qәribә mәxluqdu! Elәdi?
– Dostum, hәr cürәsi olur.
– Mәncә, bütün qadınlar birbaşa cәnnәtә düşәcәklәr.
– Mәncә, yox. Onların yarıdan çoxu cәhәnnәm odunda
yanacaqlar: bәzilәri әxlaqsızlığa, bәzilәri xәsisliyә, bәzilәri
ziyankarlığa görә, ziyankarlar çoxdu; uzağa getmәyәk,
misal üçün, fransız vә mavritan qadınları.
Senyorita Ramonanın evinin damına, şüşәbәndin
pәncәrәsinә, çaya qәdәr uzanan bağdakı rodedendronların,
mәrsin çiçәklәrinin üstünә yağır, hәr şey islanıb, yerdә
torpaqdan çox su var, on ildә üç intihar – dәrddәn sәbri
tükәnәn qarı, kartda uduzan (fırıldaqçı olsa da) sәyyar
tacir, hәlә döşlәri çıxmamış qız – o qәdәr dә çox deyil.
– Biz qohumuq, – Ramona mәnә deyir, – bu alaq otu
Karrupolardan başqa, burada hamı qohumdu. İstәyirsәn,
deyim, bizә şokolad versinlәr, niyә şam elәmәk istәmirsәn?
Senyorita Ramonanın rәhmәtlik atası çarlstonu, fokstrotu
bancoda yaxşı çalırdı.
– Atam yaxşı adam idi, ancaq qәribәliklәri vardı, mәncә,
kәmağıldı; nә deyirsәn de, tanqo yaxşı şeydi, adamları bir-
birinә doğmalaşdırır.
Baroxanın “Avantürist Salakain”i çox yaxşı romandı,
xeyli әhvalat vә hiss var, bilmirәm kimә vermişәm, oxumağa
183