Page 179 - Sela
P. 179
İki ölü üçün mazurka
– Yaxşı, özün bilәrsәn.
Doqquz qardaşın böyüyü Baldomero Qamuso –
Afutonun alnında ulduz var, onu hamı görmür, ancaq var,
necә dә olmasın! Afutonun alnındakı ulduz rәngini dәyişir –
gah rubin kimi qırmızı, gah topaz kimi qızılı, gah zümrüd
kimi yaşıl, gah brilyant kimi ağ olur. Afutonun ulduzu
parıldayanda (rәng әsas deyil), yaxşısı budur kәnara
çәkilәsәn; Afuto bir yığın Qamusoya vә onlardan daha çox
olan Quxindeslәrә (bәzilәri onları Moranlar adlandırır)
komandirlik elәyir. Əgәr dünya mәhvәrindәn çıxmasa,
bizim dağlarda heç kim Afutonun icazәsi olmadan
tәrpәnmәzdi; Lasaro Kodesalı öldürәndә uzaqdakı dağ
silindi, ancaq işlәr nәzarәtdәn çıxdı vә şәrәfsiz gәlmә adam,
ac siçovul balası Afutonun hәyat bağını kәsdi. Bu iblis
Afutonu xaincәsinә öldürmәk üçün alnındakı ulduz sönәndә
ona yaxınlaşmışdı. Ancaq bizim tәrәflәrdә qan yerdә qalmır,
qatil ölür, bәzәn dәrhal olmasa da ölür. Baldomero Afutonun
arvadı Lolinya Moskoso dağların qorudu: elәyәn cavabını
alır. Lolinya Moskoso gözәl vә qoçaqdı; yataqda minib-
çapanda daha da gözәl olur. Afutonu gecә arxadan vurdular,
Afutoyla üzbәüz bacarmazdılar, baxışları çox sәrtdi, әsl
qurd baxışıdı. Afutonu heç bir qadının yatağına
buraxmayacağı o gorbagor öldürdü, tәdricәn yaddan çıxsın
deyә onun adını çәkmirlәr; Afutonu öldürәn o gorbagor
Adeqanın әrini vә bir yığın başqa adamı da öldürdü.
Afutonu öldürәn o gorbagoru qohumum cәhәnnәmә vasil
elәdi vә o, Bousas do Qaqo çayının kәnarında qoca yabı
kimi öldü. Canavar hücum elәyәndә, atlar baş-başa verib
dairә qururlar, dayçaları qorumaq belәdә asan olur, canavarı
da tәpiklә qarşılayırlar, bәxtlәri gәtirsә onu tapdalayarlar.
İlxının taxtdan salınmış başçısını qorumurlar, onun özü dә
müdafiәsizdi, canavarlar onu yıxacaqlar, әvvәlcә yıxıb,
sonra yeyәcәklәr, canavardan qalanı tülkü, tülküdәn qalanı
179