Page 174 - Sela
P. 174
İLO XOSE SELA

әtrafında1 yeni ildә (1938) komandiri Barxoy de Kiroqo ilә
birlikdә hәlak olmuşdu. Emiliya xalanın da adaxlısı varıydı;
memar kömәkçisi Selso Varela Fernandes onu atıb aktrisaya
qoşularaq getmişdi. Emiliya xala onu qınamırdı.

– Əsl kәrtәnkәlә idi, belә qadınlara qarşı kişilәr acizdi.
Selso yaxşı oğlanıydı, ancaq bu pozğun, öz hoqqaları, naz-
qәmzәlәriylә onu yoldan çıxardı. Zavallı Selsino!

Bayaq deyilәnlәr doğru deyil, xalaların heç vaxt adaxlısı
olmayıb, hәr ikisi gәncliyindәn yalnız müqәddәslәri
bәzәmәklә mәşğul olublar. Ana tәrәfdәn kuzenim Robin
Lebosen güzgünün qabağında dayanıb qәti şәkildә deyirdi:

– Adaxlılarının olduğunu hәmişә deyәcәyәm, mәn
xalaları çox sevirәm, mübahisә etmәk dә istәmirәm, ancaq
hәr ikisi aptekçinin vә memarın anası yerindәydi. Mәnә
dәxli yoxdu, qoy dolaşıq salsınlar, vicdanımın әksinә gedә
bilmәrәm.

San Migel de Taboadela kilsәsinin keşişi Selestino
Qamuso, ya Karoça Finadan başqa, Tunosun Minqarabeysa
kәndindәn olan, әri dәyyusluq buynuzunu lәyaqәtlә
gәzdirmәyi bacarmayan gözәl gәnc Mariko Rubeyros ilә
dә görüşürdü. Don Selestino Marika ilә zәng qüllәsindә
görüşür; narahat yerdi, amma sakitlikdi.

– Hәm dә yel çәkir?
– Hә, üstәlik dә, yel çәkir.
Leyton Santos Koforanın yetmiş iki yaşı, yeddi pud
çәkisi var, istәyir heç iyirmi yaşı da olmayan arvadı Marika
Rubeyros ona xәyanәt elәmәsin.
– Axmaqlığa bax!
– Belәsinә bilmirsәn nә deyәsәn!
Leyton qalmaqal olmasını istәmir, aydındı, Marikadan
ayrılmaq da istәmir, ancaq bilmir hirsini necә soyutsun,
qisasını necә alsın.

1 Respublika ordusu 1938-ci ildə Teruel ətrafında darmadağın edilib.

174
   169   170   171   172   173   174   175   176   177   178   179