Page 169 - Sela
P. 169
İki ölü üçün mazurka
saatsaz Pilar Moure saçlarını saraldır, özündәn bәdgümandı,
kauçolindәn istifadә elәyir, kauçolin zәrәr yetirmәsin deyә
talkla pudralanır, dәrisi hәmişә nәmdi, aydın mәsәlәdi,
kauçolin mәsamәlәri genişlәndirir; Piların birinci әri qısqanc
idi, boyanmağa, kauçolindәn istifadә elәmәyә qoymurdu.
– Yox, yox, abırlı qadın gәrәk üz-gözünә yaxmaya,
әnlikdәn, kauçolindәn başlayır, bilmirsәn hara aparıb
çıxaracaq.
– Ancaq, әziz әrim, bacım Milaqros da ondan istifadә
edir!
– Biçarә әr! Ancaq bacın Milaqrosun mәnә nә dәxli,
mәnim işim sәninlәdi!
Pilar Mourenin birinci әri Urban Dapnenin sancıları
tutdu, çirkab qusub öldü; yenicә dul qalan qadın rahatca
köks ötürdü: elә ölümlәr var ki, ailәyә dinclik gәtirir.
Pilar Moure qanuni müddәt bitәn kimi Paxarolo
Qamusoya әrә getdi.
– Pilar, döşünü verәrsәn әmim?
– Əmr sәnindi, mәnim kralım, özün bilirsәn ki, hamısı
sәnindi, tәkcә kağızları qaydaya salmaq lazımdı, sonra
döşüm, bütün bәdәnim sәnә qurbandı.
– Lәnәt şeytana!
Pilar üzünә әnlik sürtdü, kauçalini hәlә ikinci toyuna
qәdәr almışdı, elә şeylәr, o cümlәdәn mәhrәmanә şeylәr
var ki, qanuna dәxli yoxdu. Körpә Urbanitonu mәlәklәr
göyә aparanda, anası artıq ona ikinci qardaş hazırlayırdı,
aydındı ki, yeni evlәnәnlәr vaxtı boşa vermәmişdilәr.
Urbanito qanazlığından öldü, lap körpә olanda belini
zәdәlәmişdi, ona rozmarin çiçәyiylә qarğıdalı kökәsi vә
ana qanıyla bәslәnmiş bit versәlәr dә heç nәyin kömәyi
olmadı.
– Doğma uşağın üçün nәlәr elәmәzsәn!
– Hә, doğrudu.
169