Page 165 - Sela
P. 165
İki ölü üçün mazurka
Mәncә, Kleto dayımın gәnc arvadı Lourdes xalamın
bәxti gәtirib ki, Paris qәbiristanlığında qalıb, doğrusu,
bunun belә olub-olmadığını heç vaxt bilmәyәcәyik;
Qalisiyada ölsәydi, әlbәttә, babamla nәnәm üçün asan
olardı.
– Aydın mәsәlәdi, bu, xırda şeydi, – nәnәm deyirdi, –
ancaq elәlәri var, çox yaşayırlar. Fransızların tabutunu bir
görәydiniz! Ən yaxşı halda fanerdi!
Xesusla Emiliya xalam qardaşlarıyla danışmırlar, tövbәyә
gedib-getmәdiyinisә ondan-bundan soruşurlar.
– Gedin rәdd olun! Mәn azad fikirli adamam!
– İlahi, xasiyyәtә bax!
Xesusla Emiliya xalam qardaşlarını görәndә başqa tәrәfә
baxırlar, onda Kleto dayı acıqla fıştırıq çalır.
Ay Allah, biz nә günahın sahibiyik ki, başımıza bu işlәr
gәlir!
Dayım vә xalalarım qәbiristanlıqdakı yerlәri üstündә
mübahisәdәn sonra danışmırlar; elә ciddi dә olmasa, bir-
birlәrini acılamışdılar. Xalalarım әsәbilәşәndә, Kleto dayı
dalından elә sәs çıxarır ki, onun dәhşәtli gurultusundan
Xesus vә Emiliya xalam çarәsizlikdәn ağlamağa başlayırlar.
Kleto dayı yaxşı tәbil çalır, fıştırıqla, oxumaqla çalğısına
rәng qatır; Kleto dayı tәklikdәn qorxmur, onu tәbillә,
boşqablarla qovur. Xesusla Emiliya xalam sәhәrlәr bulka
ilә kaskarilya yeyirlәr, ucuz başa gәlir, ancaq çox dadlıdı.
Fabian Mingela – Mouço belә evlәrә ayaq basa bilmәzlәr;
nә xalalarımgilә, nә senyorita Ramona, nә Raymundo, nә
dә Quxindeslәrdәn kiminsә evinә! Hәtta heç nә baş vermәsә
dә (ancaq çox şeylәr olub), çöldә qalsa yaxşıdı. Gәlmә
olduğuna görә yox, Mouçoya pulu stolun üstünә qoy deyәn
adam lap yad idi, ancaq heç kim onun ağzını yummadı,
çölә atmadı: gәlmәlәrlә işimiz yoxdu. Nacinsin yeddinci
nişanәsi – fleyta sәsi çıxarmasıdı; Fabian Mingelanın sәsi
xorla katexizis oxuyan Korder arvadları kimi ciyildәyir.
165