Page 167 - Sela
P. 167
İki ölü üçün mazurka

uşaqlıqda xәtrimә çox dәyiblәr, indisә qocalıram, daha
mәnә qarı da demәk olar. Konyak iç, bir az da mәnә süz.
Niyә mәni yenә Lissabona aparmırsan?

Raymundo necә qasıq biti tutduğunu bilmәdi, doğrudu,
bu yaxınlarda Orensedә olanda Parroçanın fahişәxanasına
getmişdi, ancaq oradakı qadınlar, adәtәn, tәmizdilәr.
Raymundo nәdәnsә kuzinamız Ramonaya heç nә demәmişdi,
hәm dә belә hallarda qadınlar hay-küy salırlar; müalicә
olunmaq lazımdı. Raymundo “Ladilol”dan istifadә edirdi,
çox effektli insektisiddi, tez tәsir göstәrir, әlverişlidi, ingilis
yağı da tövsiyә olunur, nәyә lazım olduğunu hamı bilir,
lәkә salmır, lavanda qoxuyur, ağrısızdı, parazitlәri dәrhal
öldürür, “Cadugәr yağı” da lәkә salmır, qoxusu xoşdu.
Raymundo yeri olduğuna görә “Ladilol”u seçdi.

– Bir az narahatam, çünki hәrdәn әllәrim әsir, ürәyim
bәrk-bәrk döyünür.

– Bәlkә, çox siqaret çәkirsәn?
– Ola bilsin.
Pepino Xurelo da Matias Qamusonun – Çufreteyronun
işlәdiyi “El Reposo” tabut emalatxanasında çalışırdı. Pepino
Xurelo elektrikotexnikin kömәkçisidi, hәmişә ağzı açıqdı;
ya sәfehdi, ya burnu tutulur. Uşaqlıqda meningit
keçirdiyindәn ömürlük donqar qalıb. İndi seksual
mәsәlәlәrdәn, seks problemlәrindәn çox danışır.
– Elә düşünürsünüz?
– Yox, ancaq çox danışdığını inkar etmirәm.
Mәsәlә ondadı ki, başqaları kök, iridöşlü qadınları
әllәşdirmәyi xoşladığı kimi, Pepino Xurelo da oğlan uşaqlarını
xoşlayır; әvvәl-әvvәl konfet verir, etibarlarını qazanandan
sonra isә onların ora-burasını qurdalayır. Pepinodan yaxşı
rahib olardı. Doğrudu, Pepinonun valideynlәri oğullarını
kәmağıl hesab etdiklәrindәn buna fikir vermirdilәr.
– Görәrsәn, öz-özünә keçib gedәcәk; uşaqlarda ilan
instinkti var.

167
   162   163   164   165   166   167   168   169   170   171   172