Page 172 - Sela
P. 172
İLO XOSE SELA
tutmuşdu. Atası canını tapşıranda senyor Pedro adlı biri
Peares dağlarından bizә – Orenseyә, adını unutmuşam,
bilmirәm Moura idi, ya Lourada kәndinә gәtirdi. Uşaq
Santyaqodan Fortunato Ramon Rey adıyla çıxmışdı, ancaq
Ramon İqlesias kimi böyüdü, ona görә atası müqәddәs
Fernandesdәn qalan, hәddi-buluğa çatanda alacağı milyon
reallıq mirası itirdi; belә mәsәlәlәrdә sizin qohumlar hәmişә
diqqәtsiz olublar, әlbәttә, kimi az, kimi çox.
Dayım Kleto vasvasıdı, bütün günü әlini spirtlә sürtür;
әlinin dәrisi çıxıb.
– Adi normalara әmәl etmәk mәgәr çәtindi?
Kleto dayı hәmişә әlcәkdә gәzir, hәtta tәbili dә әlcәklә
çalır, qanlı barmaqları bir-birinә yapışmasın deyә әlcәyin
içinә kseroform sәpir.
– Üfunәt içindә yaşayırıq, gәrәk infeksiyalardan qorunaq;
vәba, cüzam, qanqrena, tetanus, saqqo, – yenә saymağa
dәyәr?
Kleto dayı üzü külәyә durub (tüpürmәk üçün dönmәk
lazımdı), qarnını çöldә boşaldır, dalını yenicә dәrilmiş zәrif
kahı yarpağıyla silir.
– Nә qәdәr ehtiyatlı tәrpәnsәn dә, yenә azdı.
Xesus vә Emiliya xalam bütün günü dua kitabının on
beş fәslini dә oxuyurlar, axırda darıxıb yatırlar. Xesusla
Emiliya xalamın günlәri çox cansıxıcı keçir, üstәlik, elә bil
donublar, tәkcә Kleto dayının onlara etdiyi pislik fikirlәrini
yayındırır, gec-tez öz cәzasını çәkәcәk!
Xesusla Emiliya xalamın sәsi keşişin sәsi kimi zәrifdi,
elә bil bu saat moizә oxuyacaqlar.
– Biçarә qardaşımız qiyamәt günündә Tanrıya çox şeylәr
danışacaq!
– Ölümә hәmişә hazır olmaq lazımdı, Kamilo (bunu mә-
nә deyir), sәn tövbә elәmirsәn. Fletanı yadına sal, qәfil vә
tövbә etmәmiş öldü!
– Yox, yox, narahat olma, xala, mәn çox diqqәtliyәm!
172