Page 175 - Sela
P. 175
İki ölü üçün mazurka

– Allah haqqı, bu lәnәtә gәlmiş keşiş bir gün bunların
cavabını vermәli olacaq!

Zamanın ölülәri kürümәkdәn bezmәyәn süpürgәsi
Pinyorun ailәsini süpürüb apardı. Mәryәm ananın qohumu
dayım Kladio Monteneqro müharibәnin sonlarında qocalıb
öldü; maraqlı adam idi, heç vaxt üz-gözünü turşutmurdu,
sәsini qaldırmırdı, heç nәyә, hәtta Ay tutulmasına, qütb
şәfәqinә dә tәәccüblәnmirdi; müharibә vaxtı bircә dәfә
qütb şәfәqi olmuşdu. Leytonun keşiş Karoçedәn qisas
almaq üçün Orenseyә gedib özünü qasıq bitinә yoluxdurmaq
istәdiyini ona deyәndә, bunu çox tәbii saymışdı.

– Mәlumdur ki, bu il qasıq biti çoxdu, zәng qüllәlәrinә
qasıq biti düşüb. Allah özü saxlasın!

Nәnәm Teresanın iki bacısı varıydı: Manuela vә Pepa.
Kor atasıyla yaşayan Pinoxa Teresa Fernandes, – Manuelin
qızıdı; Kladio, Restra vә Manuel isә Pepanın uşaqlarıdı.
Kladio dayının iki kor vә çirkin qızı var, Manola dayı isә
ömrünün çoxunu kefli olub; ölәndә iki yüzdәn artıq
geyinilmәmiş köynәyi varıydı, onları Montevideodakı
dükançı oğlu Manolitoya vәsiyyәt elәmişdi. Ailә çay kimidi,
axmaqdan yorulmaz. Teresa nәnә müqәddәs Fernandesin
gәlinidi. Müqәddәs Fernandesin cәsur oğlu, sonra Ramon
İqlesias olan vә mirasdan mәhrum edilәn Fortunato Ramon
Mariya Rey Nikolase Pereslә evlәnmişdi. Onun altı uşağı
varıydı: Kubada Xosefe Barrerayla evlәnәn Antonio (onların
oğlu Xose Ramon Nyu Yorkda yaşayır); Kubada Xulio
Fuantesә әrә gedәn Qortenziya (uşaqları Deliya, Maruxa
vә Fransisko Nyu Yorkda yaşayırlar); әvvәl İldefonsa
Fernandesә, sonra Xose Usedaya әrә gedәn Mersedesin
birinci nikahdan olan oğlu Viqoda yaşayır vә Dolores
Ramosla evlәnib (iki uşağı var: Konsepsionun әri Alfonso,
soyadını xatırlamıram vә Viqoda yaşayan Maksimino
Laqonun arvadı Mersedes), ikinci nikahdan beş uşağı var;

175
   170   171   172   173   174   175   176   177   178   179   180