Page 171 - Sela
P. 171
İki ölü üçün mazurka
Santisteban Ata burunotundan iylәyib üç dәfә asqırdı.
Xesus! Xesus! Xesus! – elә bil göy guruldadı, sonra axırıncı
kaskarilya tikәsini yeyib, әbasını vәrdiş elәdiyi jestlә
düzәldib, tәntәnәli vә zәhmli görkәm aldı.
– Onları oda atın!
– Hansına, padre?
– Hansı olsa.
– Yaxşı, padre...
Kasandulfların Raymundosu qasıq bitindәn canını
qurtaranda, senyorita Ramona dәrindәn nәfәs aldı.
– Fikirlәşirdim, daha mәni sevmirsәn, Raymundino,
daha sәnin xoşuna gәlmirәm, mәnә necә әzablı günlәr
yaşatdın!
– Yox, sәfeh, sadәcә xeyli problemim, qayğım varıydı.
– O haqda danışa bilәrsәn?
– Yox, bu, arvad işi deyil, sәn başa düşmәzsәn.
– Siyasi mәsәlәdi?
– Gәl bu haqda danışmayaq, әsas odu ki, bir yerdәyik.
Adeqa әmindi ki, Quxindeslәrin, bәzilәri Moranlar
deyirlәr, demәk olar, eyni şeydi, tarixçәsini bilir.
– Qohumunuz müqәddәs Fernandes ulu nәnәniz Rozanın
qardaşıydı. Qohumunuz müqәddәs Fernandesә sәrasinlәr
işgәncә verib, zәng qüllәsindәn atıblar, o da bir neçә saatdan
sonra ölüb. Əsl katolik kimi ölüb; sәrasinlәr deyiblәr ki,
etiqadından üz döndәr, xristian köpәyi! O isә cavab verib
ki, heç nәdәn qorxmuram, mәnim etiqadım hәqiqidi! Sizin
qohumunuz müqәddәs Fernandes çox qorxmaz adam olub.
Din yolunda şәhid olana qәdәr on bir oğlu varıymış,
deyilәnә görә, hәr dәfә İspaniyaya gәlәndә hansısa qadın
ondan uşağa qalırmış; itib elәsә, uşaqları tanımaq üçün öz
dәmir üzüyünü qızdırıb onların sol döşünün altına
vururmuş. Onların әn kiçiyi Fortunato Ramon Rey yaxşı
yadımdadı. Qohumunuz müqәddәs Fernandes onu tәrbiyә
elәmәk üçün nә qәdәrsә pula Santyaqoda bir qaravaş
171