Page 166 - Sela
P. 166
İLO XOSE SELA

Senyorita Ramonanı zәif olduğu üçün hәlә uşaq vaxtı
Arosa çayının mәnbәyinә – Kambadosa gәtirmişdilәr;
qohumlarının çoxu orada yaşayırdı, doqquz nәfәrdilәr,
hamısı da mehriban, hay-küylü, sevimli. Xәrçәng tuturdular,
çörәklә bal yeyirdilәr, eynәkli, hörüklü әkiz bacılar Mersedes
vә Beatrisa müsibәtiydilәr, damda qaçışırdılar, heç kim dә
xәtirlәrinә dәymirdi.

– Nә deyәk? Bu qızları itәlәsәn dә yıxılmazlar.
Kambadosda qabarma ilә çәkilmә üç, ya dörd metr
fәrq elәyir, su çәkilәndә balıqçılar lilin içindәn, әqrәblәrin,
ölü pişiklәrin, onların üstündә uçuşan qağayıların arasından,
demәk olar, hәmişә ölü toyuq da tapırlar. Kambadosda
dәniz sәviyyәsindә yerlәşәn “Dul Dominges”in varisi “Perla
de Kuba” mehmanxanasında yaşayırdılar; sahibi donya
Pilar işin öhdәsindәn yaxşı gәlirdi. O zaman senyorita
Ramonanı hәmişә Monçinya deyә çağırırdılar, indi hәrdәn
belә çağırırlar. Vaxt itirmәmәk üçün, Monçinyanı hәr sәhәr
saat yeddidә oyadırdılar, Kambadosda çimmәk olmaz,
avtomobildә çox gözәl yolla La-Toxaya aparırdılar. Adamın
ürәyi uçunurdu; irәlidә dәniz, göydә ulduzlar, hәrdәn
delfinlәri görürsәn, çox romantikdi. La-Toxadan günortadan
keçmiş, saat dörddә qayıdırdılar. Müqәddәs Karmen suya
dua oxuyandan, yәni on altı iyuldan sonra çimmәk yaxşıdı.
Qanı vә әsәb sistemini bәrpa etmәk üçün Monçinya “Skott”
emulsiyası qәbul elәyirdi, hәr mәrhәlәdә doqquz dәfә, üç
gün ara verәrәk, üç mәrhәlә çimirdi. Çimmәk mövsümünә
kimi karaban suyu ilә üç gün dalbadal mәdә-bağırsağını
yuyub çimmәyә hazırlayırdılar; sonra ağzının dadını
öldürmәk üçün qazlı su içmәyә icazә verirdilәr. Senyorita
Ramona o vaxtları dәhşәtlә xatırlayır, qız olmaq qadın
olmaqdan qat-qat çәtindi.
– Ən çox mәni yatırtmağını xoşlayıram, Raymundo...
ancaq bir hәftә, bәlkә dә, ondan artıqdı bunu elәmirsәn;

166
   161   162   163   164   165   166   167   168   169   170   171