Page 161 - Sela
P. 161
İki ölü üçün mazurka
elә qurur ki, sәhvәn heç dә boğmaq istәmәdiklәrini boğurlar,
bütün bunlar bәdbәxtçilikdi, sәfeh Bidueyrosu maraq
xatirinә, zarafat mәqsәdilә boğmuşdular, ancaq o, gerçәkdәn
ölmüşdü; aydındı, onu düşünmәdәn tutmuşdular.
Roke Qamusonu zarafatla Komesanili Kreqo çağırırlar,
sәfeh Budueyrosu da zarafat xatirinә boğublar; mәhkәmәdә
mirzә bilmirmiş sәnәdә nә yazsın.
– Bәs nә yazıb?
– Yazmaq istәdiyini yazıb; sadәcә bәdbәxt hadisә.
Biçarәnin heç vaxt bәxti gәtirmәyib, xoşbәxtlәr, bir dә
talesizlәr var, vәssalam...
Ekizlәr Qamuso – ovçu Selestino Karoça vә balıqçı
Seferino Furelo keşişdilәr. Birinci San-Migel de Taboadela
prixodunda, ikinci Santa-Mariya de Karbaledada. Furelo
әvvәllәr Baylarinanın dәstәsindә vuruşub, hamısının pusquya
düşdüyü min doqquz yüz qırx ikinci ilә qәdәr mәşhur
partizan Selso Masildenin (Çapona) vәtәni Rairis de Veyqada
San-Adrian prixodunda idi. Başqa Baylarina ilә, qayıqların
motorunu sazlayan Esteban Kortislә vә partizanların qırx
altıncı ildә öldürdüyü Muqardosdakı yerli falanqa rәhbәriylә
qarışdırmayın. Balıqçı Furelo ayda iki dәfә, hәftәnin birinci
vә ikinci çәrşәnbә axşamları Adeqanın qızı Benisyanı
yoluxur, nizam-intizam belә şeydi; Benisya şıltaqdı, ancaq
çox hörmәt gözlәyәndi, Fureloya hәmişә “siz” deyә müraciәt
elәyir vә xudahafizlәşәndә әlini öpür.
– Mәndәn razı qaldınızmı, don Seferino?
– Hә, qızım, çox razı qaldım, Allah әvәzini versin.
Hörümçәk kimi, gül kimi, mәktәbdәn qaça-qaça, tullana-
tullana gәlәn qızlar kimi, keşişlәri dә Allah yaradıb vә
Allah günahları bağışlayandı.
– Hә, don Seferino! Getmәyin! Ay! Ay!
Benisyanın göy gözlәri var, döşlәri dә sanki şabalıddı.
161