Page 164 - Sela
P. 164
İLO XOSE SELA
Mesos do Reyno1 adı sonralar yaranıb vә Allahın rәhmәtinә
getmişlәrin heç birinә – nә qalisiya, nә ispan çarına dәxli
var. Ona görә belә adlandırmışdılar ki, bu mahalın әn
mәşhur kommersantı Xose do Reyno lәqәbli Xose Blanko
Qarona idi. Senyorita Ramonanın evi elә dә köhnә deyil,
iki yüz ildәn çox yaşı olmaz, ancaq әzamәtli vә sirlә doludu,
әzab-ağrıdan, xәstәlikdәn, bәdbәxtlikdәn çox şey danışa
bilәr. Senyorita Ramona sayılıb-seçilәn ailәdәndi, әn azından
bizim әyalәtdә, sayılıb seçilәn ailәlәr dә hәmişә bәdbәxtliyә
tuş gәlirlәr. Senyorita Ramonanın anası Asneyros çayında
boğulub (üstәlik, dayaz yerdә), bunun tәsadüf olub-
olmadığını heç vaxt bilmәyәcәyik. Senyorita Ramonanın
dәfnә ağacları, hortenziyalar bitәn bağının arxasından çay
axır, ayağın sürüşüb yıxılmaq da olar; hәrdәn Romul vә
Rem adlı qu quşları nohurdan çaya qәdәr üzüb gәlirlәr,
deyilәnә görә, bu, bәdbәxtçilikdәn xәbәr verir.
Finanın әri Anton hamının gözünün qabağında Orense
vağzalında qatarın altına düşdü.
– Necә olub ki, geri şıçraya bilmәyib?
– Mәn hardan bilim? Biçarә hәmişә lәng idi.
Fina әrinin sağlığında da don Selestino üçün dovşan
qızardırdı. Fina hәmişә keşişlәrә yarınmağa, onların xoşuna
gәlmәyә çalışırdı.
Anamın evi – indi xalalarım Xesus vә Emiliyanın, dayım
Kletonun evi – Albaronada, San-Xuan de Barran
prixodundadı. Kleto dayı yatmayanda tәbil çalıb, çәllәk
konyakı içir; yaxşı günlәrә ümid bağlayaraq, hәmişә
Raukonun meyxanasından bunu borca götürür. Xesus vә
Emiliya xalam ya dua edirlәr, ya da xısınlaşırlar.
– Hәm dә işәyirlәr?
– Of, dәhşәtdi! Xesusla Emiliya xalam, әn azı, iyirmi il-
di yerlәrinә siyirlәr.
1 İspan dilində “krallıq” deməkdir.
164