Page 160 - Sela
P. 160
İLO XOSE SELA

Nacinsin altıncı nişanәsi baxışlarını gizlәtmәkdi. Fabian
Mingela – Mouço qaranlıqda da yana baxır. Senyorita
Ramonanın tutuquşusu hamıdan yaşlıdı, senyorita
Ramonanın tutuquşusu araxis yeyir vә San-Rozario duasını
oxuyur: virgo potens, ora pro nobis, virgo clemens, ora pro
nobis, virgo fidelis, ora pro nobis,1 burda hәddindәn çox virgo
var, sanki әxlaqsız qızları düz yola çıxaran möminin evindә
yaşayır. Senyorita Ramonanın dörd nökәri var: Braulio
Doade, 82 yaş, Kamposankosda doğulub; Antonio
Veqadekabro, 81, Senlyedә doğulub; Purinya Korreqo, 84,
Banos de Molqasda doğulub vә Sabela Soulesin, 79, San-
Kristobal de Seada doğulub. Tutuquşu hamısından yaşlıdı,
heç biri dә ölmür: virgo prudentissima, ora pro nobis, virgo
venerada, ora pro nobis, virgo predicanda, ora pro nobis, 2 burada
virgo lap çoxdu, sanki pozğun әsilzadә balalarını
tәrbiyәlәndirәn yezuitin evindәdi.

Senyorita Ramonanın dörd nökәri, demәk olar, kor-
kardılar, biri az, biri çox, üstәlik, hamısında yel, bronxit,
düzünә qalsa, heç nәyә yaramırlar, ancaq onları çölә atmaq
olmaz ki, canavarlara, bitlәrә yem olsunlar.

– Bu, xeyirxahlıq borcumuzdu, başa düşürәm; tәәccüblü-
dü ki, belә xarabalıqda da ürәk sevgiylә döyünürmüş, özü
dә müstәmlәkә dövründә, – axmaqlığa bax! Tutuquşunu
Kubadan gәtirәndә artıq qocaydı, bilmirәm, bizim iqlimә
necә uyğunlaşıb...

Adeqa ölülәrin hesabını aparır; kimsә adamları yorulma-
dan biçәn ölümü saymalıdı.

– San-Migel de Businosdan olan keşiş don Merexildonun
oğlu sәfeh Bidueyros özü boğulmayıb, onu maraq xatirinә
boğublar; qәrәzsiz-filansız, ancaq boğublar. Bәzәn şeytan

1 Qüdrətli Məryəm ana, bizim üçün dua elə, mərhəmətli Məryəm ana, vəfalı
Məryəm ana... (lat.)

2 Təvazökar, hörmətli, düz yola çağıran Məryəm ana, bizim üçün dua et (lat.).

160
   155   156   157   158   159   160   161   162   163   164   165